İqtisadiyyat


09/09/13 İqtisadiyyat

Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən gözəl və səfalı yerlərdən biri də İsmayıllıdır. Rayon şimaldan Quba,cənubdan Kürdəmir və Göyçay, qərbdən Qəbələ, şərqdən Şamaxı rayonları ilə həmsərhəddir.Rayonun sahəsi 2074 kvadrat km-dir, əhalisi 78000-dir.

İsmayıllı çox gözəl təbiəti, bərəkətli torpaqları, mehriban insanları ilə seçilir.

İsmayıllının qoruğu Xənəyə kəndindən Qalacıq kəndinə qədər olan çox böyük ərazini tutur. Burada 134 növ bitki qorunur.İsmayıllı meşələrində palıd,cökə,ağcaqayın , şam,fıstıq, və sair ağaclar mövcuddur.İsmayıllının əhalisi-əkinçiliklə, maldarlıqla, quşçuluqla, bağçılıqla,bostançılıqla məşğuldular.Bu meşələrdə bir çox heyvan növləri var ki bunlardan canavar, tülkü, ayı, maral, cüyür, dələ, çaqqal və s.

Burada müxtəlif xalqların nümayəndələri yaşayır: ləzgilər, tatlar kürdlər, ruslar, yahudilər və s.

İsmayıllının əhalisi əkinçiliklə, maldarlıqla, üzümçülüklə, quşçuluqla, bağçılıqla bostançılıqla məçğuldurlar.

Rayonun iqlim şəraiti ilə əlaqədar olaraq ərazisində 20 çay, 10-dan çox göl və su anbarı vardır. Ərazisində ən böyük çaylarıGöyçay, Girdimançay və Ağsu çaylarıdır.

Rayonumuzun yerli imkanlarından istifadə edərək biz üzümçülüyü, şərabçılığı, meyvəçiliyi, arıçılığı, xalçaçılığı, ipəkçiliyi, dərman bitkilərinin yığılması və emalını eyni zamanda xalq sənətkarlığını inkişaf etdirməliyik. Rayonumuzun zəngin ətraf mühiti vardır. Biz ətraf mühiti qorumalıyıq. Biz turizmi və sanatoriyaları inkişaf etdirə bilərik, çünki rayonumuzun bu sahəyə uyğun təbiəti və iqlimi var.

Sovet rejimi dövründə rayonumuzun iqtisadiyyatının əsas hissəsini üzümçülük təşkil edirdi. Bu illər ərzində üzümçülük inkişafın ən yüksək nöqtəsinə çatmışdır. 90-cı illərdən sonra üzüm bağları dağıdıldı. Biz iqtisadiyyatımızın bu sahəsini dirçəltməliyik. İsmayıllıda çoxlu meşələr vardır. Biz bu meşələri qorumalıyıq. İsmayıllı da həmçinin kərpic zavodu vardır. Burda qoyunçuluq və maldarlıqda inkişaf etmişdir. Bizim rayonda yağ-pendir zavodları da vardır. İsmayıllının kəndlərində də sənayemizin bəzi sahələri inkişaf etmişdir, məsələn: Lahıc qəsəbəsində xalq sənətkarlığı, xalçaçılıq, Basqal qəsəbəsində isə kəlağayı sexləri fəaliyyət göstərir.

Biz bilirik ki, İvanovka kəndində kollektiv təsərrüfat fəaliyyət göstərir. Bu sahəni inkişaf etdirməklə bərabər eyni zamanda sahibkarlığı və fermer təsərrüfatını genişləndirə bilərik.