İsmayıllı şəhidləri


19/07/13 İsmayıllı şəhidləri

İllər ötəcək, zaman keçəcək, həyata yeni yeni nəsillər gələcək. Lakin iyirminci əsrin sonuna yaxin yaşadığımız illərdə dücar olduğumuz faciyələrin ağrı-acısı və bu faciələrə mərdliklə sinə gəlib hünər, məharət göstərmiş, Vətən yolunda, Ana torpaq uğrunda özünü şəhid etmiş, öz doğma xalqına əsil sədaqət nümunəsi göstərmiş insanların qəhrəmanlığı, mərdliyi heç zaman unudulmayacaq. Həmişə minnətdarlıq hissi ilə xatırlanacaqdır ki, 1990-cı il "Qara yanvar”ında və 1988-ci ildən başlayan "Qarabağ müharibəsi”ndə həlak olanlar müqəddəs amal naminə,milli mənlik,milli varlıq naminə öz canlarını, qanlarını fəda etməkdən çəkinməmişlər.

Azərbaycanın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da Şəhidlər xiyabanı, kəndlərdəki şəhid məzərları əhalinin ziyarətgahını çevrilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı
ABBASOV MEHDİ YUSİF oğlu (1958-1992)

Onun ruhu ailəsinin yaşadığı Ruşandadır. Amma rayondakı Yeniyol kəndində anadan olub. Erməni millətçilərinin təzyiqinə məruz qalan ailəsi 1977-ci ildi Qazaxıstana köçərək Çimkənt vilayətindəki Tülkübas rayonunun Kulan kəndində məsgunlaşmışdı. Hərbi xidməti yerinə yetirdikdən sonra, Qaraqanda şəhərində Pedoqoji İnisititutun ibtidai-hərbi hazirliq və bədən tərbiyəsi fakultəsini bitirmişdi. Kənd məktəblərində müəllimlik edirdi. 1985-ci ildi "SSRİ idman ustasi” adını almışdı. 1989-çu ildə daxili işlər orqanlarında işləməyə başlamışdı. Milis baş leytenantı idi.

1989-cu ildə Qazaxıstan və Özbəkistanda məhsəti türklərinə qarşi törədilən cinayətlər Mehdinin də ailəsini azərbaycana gəlməyə məcbur edir. Onlar İsmayıllı rayonunun Ruşan kəndində məsgunlaşırlar. Mehdi 1991-ci il iyun ayının 28-dən Azərbaycan Respublikası DİN-də işləməyə başlayır. Artıq həmin vaxtlarda ermənilər Azərbaycan torpaqlarını işğal edir, əhalini doğma ocaqlarından çixarır kəndlərimizi xarabalığa çevirirdilər. Mehdi Abbasov xalqını sevən bir azərbaycanlı kimi daxili xidmət qoşunları tərkibində vətənin müdafiəsinə qalxır. Respublikanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi igidlik və şücayətə görə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 5 iyun tarixli fərmanı ilə ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adi verilmişdir. Qəbri Bakıda Şəhidlər Xiyabanındadır.

İsmayıllı şəhərindəki küçələrin birinə Mehdi Abbasovun adı verilmişdir. Ruşan kəmdi indi Mehdiabad adlanır.

Azərbaycanın Milli Qəhrəmanı
MAHMUDOV ƏRƏSTUN İSPƏNDİ oğlu (1957-1992)

Prəbilqasım kəndində kolxozçu ailəsində anadan olmuşdur hələ orta məktəbdə təhsil alarkən aviasiyaya böyük maraq göstərir, bu barədə çoxlu ədəbiyyat oxuyurdu. Bakıya gedərək aviasiya həvəskarlari olan gənclərin tədbirlərində iştirak edirdi. Orta məktəbi bitirdikdən sonra arzusuna çatmaq Vıborq Texniki Aviasiya Məktəbində oxumağa getmişdi. 1978-ci ildə Bakıda Zabrat Aviasiya Müəssisəsində bort-mexanik vəzifəsində işləyir.

1988-ci ildən "AZAL” aviaşirkətində işləməklə, daim Dağlıq Qarabağa və sərhəd rayonlarına uçuşlar edirdi. Məsul tapşırıqları məharətlə yerinə yetirirdi. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşurutu ilə 2 reysdən sonra, üçüncü dəfə səmaya qalxdı. Vəziyyətin nə qədər ağır,təhlükəli olduğunu bilsə də, inanmazdi ki, bir neçə saat sonra televiziya,radio Qarabağdan daha bir aci xəbər çatdıracaq və bu faciə onun da taleyindən yan keçməyəcək. O, ömrünü növbəti uçuşda, Qarabağ səmasında başa vurdu və Bakıda Şəhidlər Xiyabanında, yurdumuzun minlərlə qəhrəmamn oğulları sırasında əbədiyyətə qovuşdu.

Bu dünyada isə bir yığın arzuları, sevdiyi narahat Vətən göyləri, pensiyaçı ata və anası, ömür gün yoldaşı və üç övladı- Mehribanı, Tünzaləsi, Elnuru qaldı. Özü ilə apardığı isə doğma Azərbaycan yolunda şəhid adı, tarixə yazılan Milli Qəhrəman adı oldu!


Qarabağ müharibəsində şəhid olmuş İsmayıllı övladları

1. Abbasov Hikmət İsbat oğlu (1974-1994)
2. Abbasov Surac Ziyad oğlu (1974-1994)
3. Abbasov Əkrəm Abbas oğlu (1969-1994)
4. Abdullayev Hatiq Yavər oğlu (1970-1994)
5. Abdullayev Xanlar Faiz oğlu (1973-1994)
6. Abdulxalıqav Vaqif Həsən oğlu (1975-1994)
7. Ağayev Şükran Kərəm oğlu (1970-1994)
8. Azayev Sərvər Sani oğlu (1967-1994)
9. Aslanov Ağahüseyn Ağacəfər oğlu (1950-1994)
10. Atakişiyev Rafiq Gülmirzə oğlu (1964-1994)
11. Babayev Zakir Ədil oğlu (1970-1994)
12. Babayev Əhmədağa Şahbaba oğlu (1968-1994)
13. Bağırov Nizami Məlikməmməd oğlu (1967-1994)
14. Bağırov Ağayar Baba oğlu (1974-1995)
15. Bağırov Çingiz Bağır oğlu (1964-1993)
16. Bayramov Elşad Bayram oğlu (1965-1994)
17. Bayramov Qadir Kərim oğlu (1965-19940)
18. Belyakov Vasiliy Nikolayeviç (1969-1993)
19. Bədəlov Ruslan Maarif oğlu (1969-1993)
20. Bəkirov Tofiq əvəz oğlu (1970-1994)
21. Bəşirov Revomir Volodya oğlu (1973-1994)
22. Binyətov İlham Güləhməd oğlu (1976-1995)
23. Vahidov Vüqar Nəsrəddin oğlu (1972-1993)
24. Qarayev Batır Sovet oğlu (1974-1993)
25. Qarayev Zaman Bağı oğlu (1970-1992)
26. Qasımov İlham Eldar oğlu (1971-1994)
27. Qurbanov Rafiq Ağarza oğlu (1973-1992)
28. Dünyamalıyev Elşad Ənvər oğlu (1973-1994)
29. Əzimov Fazil Lətif oğlu (1962-1994)
30. Əzimov Mirzaağa Kamal oğlu (1966-1994)
31. Əkbarov Məsim Paşa oğlu (1968-1993)
32. Əliyarov Vaqif Əhəd oğlu (1973-1994)
33. Əliyev Ayaz İbrahim oğlu (1974-1993)
34. Əliyev Cəlal Gülhüseyin oğlu (1968-1993)
35. Əliyev Bəhruz Bədal oğlu (1964-1994)
36. Əmirov Babayar Mirzəcan oğlu (1968-1993)
37. Əmralıyev Çingiz Qəribxan oğlu (1966-1993)
38. Əsədov Həşim Novruz oğlu (1972-1993)
40. Əhmadov Akif Həzrətqulu oğlu (1970-1993)
41. Əhmədov İnqilab Əlihümbət oğlu (1967-1993)
42. Əhmədov Ramiz Əkrəm oğlu (1963-1993)
43. İbrahimov Adil Sabir oğlu (1964-1994)
44. İsmayılov Rafiq Sevfəddin oğlu (1963-1992)
45. İskəndərov Canpolad Ələskər oğlu (1970-1992)
46. Kazımov Tələt Əskər oğlu (1969-1992)
47. Kazımov İsrayıl Şirzad oğlu (1974-1993)
48. Mehdiyev Ziyad Mirzə oğlu (1966-1993)
49. Mədətov Adil Xıdır oğlu (1972-1992)
50. Məmədov İlqar Ərzuman oğlu (1970-1992)
51. Məmmədov Elşad Fəzail oğlu (1963-1992)
52. Məmmədov Qadir Şamil oğlu (1973-1992)
53. Məmmədov Qəşəm Pərviz oğlu (1974-1992)
54. Məmmədov Qərib Mirzəağa oğlu (1974-1993)
55. Məmmədov Aqil Vaqif oğlu (1971-1993)
56. Məmmədov Hatəm Hadir oğlu (1968-1994)
57. Məmmədov Vəkil Hacımurad oğlu (1955-1994)
58. Məmmədov Rəfail Əlisahib oğlu (1970-1993)
59. Məmmədov Baloğlan Əlövsət oğlu (1945-1994)
60. Məmmədov Eldar Səftər oğlu (1966-1994)
61. Məmmədov Haməddin Məmməd oğlu (1961-1994)
62. Mirzəyev Hidayət Əzizi oğlu (1943-1993)
63. Mirzəyev İmran Cəfər oğlu (1972-1994)
64. Mirzəyev Cəfər Bəyi oğlu (1968-1994)
65. Mirzəyev İlham Hümbətəli oğlu (1965-1992)
66. Muradəliyev Coşğun Ətraf oğlu (1972-1994)
67. Mürsəlov Qulam Yaqub oğlu (1968-1994)
68. Mürsəlov Azər Əskər oğlu (1972-1993)
69. Nəbiyev Daşqın Qobustan oğlu (1974-1992)
70. Nəcəfov Rəhman Hacı oğlu (1962-1992)
71. Novruzov Mətləb Cilovxan oğlu (1973-1994)
72. Novruzov Rəmzi Siyavuş oğlu (1971-1992)
73. Nuriyev Şəhriyar Sədulla oğlu (1972-1993)
74. Nuriyev Eldar Dokument oğlu (1971-1993)
72. Orucov Mübariz Fəzail oğlu (1967-1992)
73. Orucov Nazim Dursunalı oğlu (1967-1994)
74. Osmanov Vasif Laçın oğlu (1958-1994)
75. Ocaqov Rəhman Şükür oğlu (1962-1994)
76. Ocaqov İlham Ağaməmməd oğlu (1964-1994)
77. Ömərov Ağəsəf Ağaşirin oğlu (1962-1994)
78. Piriyev Musa Gülbaba oğlu (1969-1993)
79. Ramazanov Arif Kamil oğlu (1968-1992)
80. Salmanov Ramiz Məhəmməd oğlu (1974-1993)
81. Səlimov Valeh Sabir oğlu (1971-1994)
82. Seyfəliyev Şahməmməd Məmməd oğlu (1971-1992)
83. Səmədov Nizami Qoçu oğlu (1957-1992)
84. Süleymanov Sadiq Baladadaş oğlu (1974-1994)
85. Teyyubov Rəşad Hüseynağa oğlu (1976-1995)
86. Fərəcov Cəsarət İsrail oğlu (1975-1994)
87. Xanadanov Taryel Bayram oğlu (1960-1993)
88. Xəlilov Qalib Qədim oğlu (1973-1992)
89. Xəlilov Teymur Ziyad oğlu (1975-1994)
90. Hacıyev Eldar Qədim oğlu (1968-1993)
91. Haciyev Ramiz Əbülfəz oğlu (1963-1994)
92. Hacıyev Tarverdi Ağaverdi oğlu (1969-1994)
93. Heydərov Nadir Heydər oğlu (1973-1994)
94. Heydərov Qurban Qəzənfər oğlu (1968-1993)
95. Heydərov Yanvar Əlizadə oğlu (1974-1993)
96. Həsənov Əflatun Ərzuman oğlu (1963-1994)
97. Həsənov Sabir Məhəmməd oğlu (1971-1994)
98. Həsənov Elburus Şıxı oğlu (1974-1994)
99. Həsənov Ruman İldırım oğlu (1975-1994)
100. Hümbətov Behbut Şirinmirzə oğlu (1970-1994)
101. Hüseynov Fizuli Yusif oğlu (1971-1992)
102. Hüseynov Nizami Aga oğlu (1965-1993)
103. Hüseynov Elçin Füzuli oğlu (1973-1994)
104. Hüseynov Tərlan Soltan oğlu (1966-1994)
105. Hüseynov Əziz Oruc oğlu (1972-1994)
106. Hüseynov Taryel Fazil oğlu (1974-1994)
107. Hüseynov Elxan Məhəmməd oğlu (1968-1995)
108. Hüseynov Arif Fətəli oğlu (1966-1994)
109. Cavadov Qabil Cavad oğlu (1967-1994)
110. Şalbuzov Namiq Əskər oğlu (1973-1993)
111. Şərifov Qadir Sabir oğlu (1969-1993)