XƏBƏRLƏR

Əhaliyə xidmət göstərən idarələrin əlaqəli işləməsi istənilən ərazidə faydalı olmalıdır

Məsələyə ciddi yanaşılır

Prezidentimizin "Biz birlikdə güclüyük" çağırışı hər birimiz üçün örnəkdir.

İsmayıllı bələdiyyəsi aztəminatlı və kimsəsizlər qrupuna daxil olan şəhər sakinlərinə diqqət və qayğı göstərilməsi aksiyasını davam etdirir

Kimsəsizlər diqqətdədir

Kimsəsizlər diqqətdə saxlanılır

Dezinfeksiya işləri davam etdirilir.

İsmayıllı rayon İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev şəhər sakinlərini Novruz bayramının gəlişi münasibəti ilə təbrik edib.

İsmayıllı şəhər sakinlərinin nəzərinə!

Yel çərşənbəsi qeyd olunub

Təqaüddə olan qadın müəllimlər unudulmadı

06 mart 2020-ci il tarixdə İsmayıllı bələdiyyəsi növbəti iclasını keçirib.

Erməni vəhşilikləri pislənib, qurbanlar anılıb

İsmayıllı bələdiyyəsində Mülki Müdafiə məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin İsmayıllı rayon Məşğulluq Mərkəzi Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə 30 yanvar 2020-ci il tarixdə rayonun Peşə Tədris Mərkəzində növbəti "Əmək yarmarkası" təşkil edib. "Əmək yarmarkası"nda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla iş sektorunun müdiri Nəcəf Məhərrəmov, idarə, müəssisə, təşkilat rəhbərləri, iş adamları və işaxtaran vətəndaşlar olmaqla cəmi 550 nəfər iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

İsmayıllıda "Saat meydanı"
İsmayıllı "Şəhər bazarı"nın qarşısındakı meydan uzun illər idi ki, bərbad vəziyyətdə - həm nəqliyyat, həm də insanlar üçün keçilməz halda qalmışdı. Belə bir yerdən hətta dayanacaq və ticarət yeri kimi istifadə olunurdu. Orta və kiçik sahibkarların fəaliyyəti üçün yaranmış problemlərin həlli ildən-ilə ötürülürdü. Bir sözlə, insanlara xidmətin bu istiqaməti başlı-başına buraxılmışdı.

Soyqırım siyasətinin anatomiyası
Fevral ayının 21-də İsmayıllı Mədəniyyət Sarayında Xocalıdan olan məcburi köçkün soydaşlarımızın iştirakı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbir keçirilib.

İsmayıllı gəncləri "Azərbaycan Gəncləri günü"nü Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası"ndan ruhlanaraq "Qala" şadlıq sarayında təntənəli şəraitdə keçirdilər.

20 yanvar 1990-cı il Azərbaycan tarixinin qanla yazılmış şanlı səhifəsinə çevrildi. Tarixi düşmənlərimiz olan ermənilərin fitvası və Qarbaçovun fitnəsi ilə 19-undan 20-nə keçən gecə muzdlu sovet qoşunları Bakıya hücum çəkdi. 137 nəfər şəhid oldu.700-dən çox soydaşımız yaralandı. Azərbaycana düşmən kəsilən ordu Bakını, bakılıları, Vətənimizi, vətəndaşlarımızı gülləbəran etdi. 20 yanvar şəhidlik məktəbindən keçən mərd, cəsur, qəlbi vətən eşqi ilə döyünən dəyərli övladlar Qarabağ müharibəsində şəhid oldular. Hər rayonda bir "Şəhidlər xiyabanı" yarandı İndi Dağüstü parkdakı "Şəhidlər xiyabanı" xalqımızın birlik, vəhdət, dəyanət, ləyaqət, mübarizlik, qorxmazlıq, şücaət rəmzinə çevrilmişdir.