XƏBƏRLƏR


9.07.13 Ümummilli liderin səfər etdiyi yerlərdə yubiley tədbirləri keçirilmişdir


Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun ideya müəllifi və məsləhətçisi olduğu "Mübarək səfərlər, səmimi görüşlər” kitabında ümummilli lider Heydər Əliyevin Xəlilli və Kürdmaşı kəndlərində keçirdiyi görüşlər müfəssəl əksini tapmışdır. O, 1981-ci il iyulun 23-də İsmayıllıya səfərini bu yerlərdən başlamışdı.

07 may 2013-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın və YAP rayon təşkilatının sədri Əzizə Vahabovanın rəhbərliyi və təşkilatlığı ilə Xəlilli, Qubaxəlili və Kürdmaşı kəndlərində ulu öndərin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Ümummilli lider Heydər Əliyevlə o zaman görüşmüş insanlar mərasimdə çıxış etmiş, xatirələrini danışmışlar.

Təşkilatçılar Heydər Əliyevin həyat və fəaliyyəti, İsmayıllı səfərləri barədə çıxış etmişlər.
Sevil Əhmədova "Mübarək səfərlər, səmimi görüşlər” kitabını kitabxanalara hədiyyə etmişdir.
Rayon mədəniyyət və turizm şöbəsi hazırladığı zəngin proqramlı konsertlə çıxış etmişdir.


Tədbir iştirakçıları xoş xatirələri yenidən yaşamağa imkan yaratdığı üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildirmişlər.