XƏBƏRLƏR


7.11.13 Qürur bəxş edən yürüş

Qürur bəxş edən yürüş

Noyabr ayının 2-də rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup işçi paytaxtda yerləşən Bayraq Meydanına yürüş edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi  yaradılıb. Yürüş iştirakçıları öncə meydanda yaradılmış  şəraitlə tanış olub, şəhərə açılan möhtəşəm mənzərəyə tamaşa ediblər.

Muzeyin əməkdaşı, elmi işçi Vüsal Cəfərli Bakı şəhərinin  Bayıl sahəsində yerləşən memorial abidə - istirahət parkı haqqında ətraflı məlumat verib.  Meydanın təntənəli açılışının 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keçirildiyini deyib.

Yürüşdən sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.