XƏBƏRLƏR


7.11.13 İsmayıllıda Rayonunda Stolüstü tennis yarışı keçirilib

9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə təşkil olunan silsilə tədbirlər sırasında stolüstü tennis yarışı keçirildi.  Yarşda 46 nəfər iştirak etdi. Tədbirin açılış mərasimində çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli yarışın qaydaları haqqında ətraflı məlumat verdi.

RİH başçısının müavini Sevil Əhmədova yarış iştirakçılarına uğurlar arzuladı. Belə yarışlarda daha fəal iştirak etməyə dəvət etdi. I yeri Seyran Abdullayev, II yeri Fəqan Məmmədov, III yeri Rasim Yusifov qazandı.

Yarışın qaliblərinə Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri təqdim olundu.