XƏBƏRLƏR


13.11.13 Azərbaycan Respublikasının konstitusiyasının qəbul edilməsinin 18 illiyi münasibəti ilə tədbir keçirilib


 12 noyabr İsmayıllı rayonunda Azərbaycan Respublikasının ilk konstitusiyasının - əsas qanununun qəbul edilməsinin 18 illiyi münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə çıxış edən İsmayıllı rayon Məhkəməsinin hakimi Azad Əliyev konstitusiya günü münasibəti ilə hamini   təbrik edib. 12 noyabr 1995-ci ildə qəbul edilmiş konstitusiyada əksini tapan maddələr, insan hüquq və azadlıqları haqqında ətraflı məlumat verib. Bunu 9 milyonluq Müstəqil Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının tarixi nailiyyəti, uğuru olduğunu qeyd edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Valeh Hüseynov Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə mükəmməl sənədin  hazırlandığını deyib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir