XƏBƏRLƏR


18.11.13 Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 21 ili tamam olur.

         

 Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 21 ili tamam olur. Bu münasibətlə YAP İsmayıllı Rayon Təşkilatı tərəfindən tədbir keçirilib.

Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gül dəstələri qoyulub. Gülqoyma mərasimində digər müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı İsmayıllı bələdiyyəsinin  sədri Fəqan Məmmədov da iştirak edib.

     Tədbirdə çıxış edən YAP İsmayıllı Rayon təşkilatının sədri Əzizə Vahabova  öncə toplantı iştirakçılarını partiyanın yaranmasının 21 illiyi münasibətilə təbrik edib. Ötən 21 il ərzində YAP-ın keçdiyi şərəfli inkişaf yolundan  danışıb. YAP sədri bildirib ki, ağır zamanda Azərbaycan xalqı dövlətin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutub.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP-ın  müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrildiyini deyib. İcra başçısı bildirib ki, YAP-ın yaranması, Ulu öndər Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açıb.
     Daha sonra YAP İsmayıllı Rayon təşkilatının sədr müavini Rüstəm Səmədov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verib.