XƏBƏRLƏR


20.11.13 İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci ölkə çempionatı keçirilib.

 

İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci ölkə çempionatı keçirilib.Yarışda 16 idmançı  iştirak edib. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparıblar. Açılış mərasimində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, İsmayıllıda bu cür möhtəşəm tədbirin keçirilməsi hər kəsi sevindirir. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb. Respublika Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bədii gimnastika son illərdə ölkəmizdə sürətlə inkişaf edərək, böyük uğurlar qazanıb. İ.İsmayılov qeyd edib ki, indi nəinki paytaxtda, bölgələrdə də istedadlı idmançılar yetişir. Dövlət himni səsləndirildikdən sonra,gimnastlar mübarizəyə başlayıb. Son 5 ilin dəyişməz çempionu Aliyə Qarayeva London olimpiadasından sonra karyerasını bitirdiyi üçün, rəqabət Marina Durunda ilə Lalə Yusifova arasında gedib. Qaliblərə İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən notebooklar, hər bir iştirakçıya isə Basqalda toxunulan kəlağayılar həddiyə olunub. Qeyd edək ki, idmançılar İsmayıllı olimpiya İdman Kompleksində onlar üçün yaradılan gözəl şəraitdən razılıqlarını bildiriblər