XƏBƏRLƏR


28.11.13 Noyabr ayının 28-də İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında qəbul imtahanlarında 600-dən yüksək bal toplayan tələbələrin valideynləri və məktəb direktorları ilə görüş keçirilib.

Noyabr  ayının 28-də İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında qəbul imtahanlarında 600-dən yüksək bal toplayan,  Prezident təqaüdünə layiq görülən tələbələrin valideynləri və məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının Göyçay regional bölməsinin müdiri Məhəmməd Məmmədov çıxış edib. Qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin valideynlərini, müəllimlərini yetirmələrinin təhsildə qazandıqları yüksək nailiyyətlər münasibəti ilə təbrik edib. Tədbirdə iştirak edən valideynlər, müəllimlər, təhsil müəssisələrinin nümayəndələri bu cür görüşlərin təşkili üçün TQDK-nın rəhbərliyinə təşəkkürlərini bildirib. 

Sonda valideynlərə və qəbul imtahanlarında şagirdləri yüksək nəticə göstərmiş məktəblərə müxtəlif hədiyyələr təqdim olunub.