XƏBƏRLƏR


28.11.13 İsmayıllı rayonunda ölməz şair Məmməd Arazın 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ölməz şair Məmməd Arazın 80 illik yubileyi münasibəti ilə İsmayıllıda tədbir keçirilib. Rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında baş tutan görüşdə şairin yaradıcılığından danışılıb. Tədbirdə çıxış edən İsmayıllı Rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin müdiri Rəna Süleymanova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Çıxış edənlər öz əsərləri ilə yüksək bədii sənətkarlıq aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Araz poeziyasının Azərbaycan torpağından ayrı təsəvvür etməyin çətin olduğunu bildiriblər. Böyük sənətkarın yaradıcılığının öyrənilərək, təbliğ edilməsinin vacib olduğu vurğulanıb. Şair Şahməmməd Dağlaroğlu Məmməd Arazın "Dünya düzəlmir ki, düzəlmir, baba” şerinə yazdığı nəzirəsini oxuyub. Tədbirdə şairin yaradıcılığından şeirlər səsləndirilib, musiqilər ifa olunub.