XƏBƏRLƏR


3.12.13 Bu gün İsmayıllı rayonunda Əlillər Günü münasibəti ilə tədbir keçirilib.

Bu gün İsmayıllı rayonunda Əlillər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Qarabağ, Çernobıl, Əfqanıstan, Böyük Vətən Müharibəsi əlillər də iştirak edib.

Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biridir. Bu səbəblə onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə çalışırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də bu gün İsmayıllı rayonunda "Qala” şadlıq sarayında baş tutub. Tədbirdən öncə əlillərin əl işləri nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Onu da bildirək ki, İsmayıllıda  əlillər üçün 37, 16 və iki 36 mənzilli yaşayış binaları tikilib, nəticə 106 əlil ev ilə təmin olunub.