XƏBƏRLƏR


13.12.13 Ümummilli lider Heydər Əliyevin vəfatından 10 il keçir

  

 

İsmayıllı rayonunda Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədər anım mərasimi keçirilmişdir. İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəsmiləri, idarə, müəssisə rəhbərləri və minlərlə İsmayıllı sakini xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidəsi önünə gül dəstələri qoymuşlar. Anım mərasimində xalqın inamını özünə qaytaran, sabitlik və əmin - amanlıq yaradan ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli – mənəvi dəyərlərimiz bərpa edildiyi , ölkəmiz xaosdan xilas olunduğu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıldığı bir daha xatırlanıb.Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaqdır.