XƏBƏRLƏR


21.01.14 20 Yanvar Qan Yaddaşımız

20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü İsmayıllı rayonunda  rayon ictimaiyyətinin Şəhidlər Xiyabanına yürüşü ilə başlanıldı. Rayon rəhbərliyi başda olmaqla minlərlə rayon sakini Şəhidlər Xiyabanını ziyarət etdib. Şəhidlərin məzarları üstünə tər qərənfillər düzüldü, dualar oxundu. Ziyarətdən sonra rayonun Mərkəzi Meydanında matəm mitinqi keçirildi, saat 12:00-da şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Rayonda bir neçə yerdə ağsaqqallar, Qarabağ əlilləri və şəhid ailələri üçün ehsan süfrələri  açıldı.