XƏBƏRLƏR


3.02.14 2 Fevral Gənclər günü

     2 fevral Gənclər günü münasibəti ilə İsmayıllıda bayram tədbiri keçirilib.Mərkəzi meydana toplaşan gənclər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzərək ehtiramlarını bildiriblər.

    Bayram tədbiri "Röya” şadlıq sarayında davam etdirilib. Sarayın foyesində gənc rəssam Pakizə Xəlilovanın  əl işlərindən ibarət sərgi nümayiş olunub. 

    Bir qrup tələbəyə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gəncə Fəxri fərman və qiymətli hədiyyələr verilib.