XƏBƏRLƏR


19.03.14 18 mart 2014-cü il tarixdə İsmayıllı şəhərinin Heydər Əliyev adına Mərkəzi meydanında Novruz bayramı qeyd edilib.

18 mart 2014-cü il tarixdə İsmayıllı şəhərinin Heydər Əliyev adına Mərkəzi meydanında Novruz bayramı qeyd edilib. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şirniyyat nümunələrindən ibarət sərgiyə baxıblar. İsmayıllı rayonu xalqımıza məxsus milli xüsusiyyətləri ilə zəngin bir ərazidir. Nümayiş olunan xalçaçılıq və toxuculuq nümunələri bir daha təsdiq edir ki, rayonda qədim xalq sənətinin ənənələri qorunur.
Sakinləri bayram münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yüzillərdən bəri yol gələn Novruzun ötən müddətdə özünəməxsusluğunu qoruyub saxladığını diqqətə çatdırıb. Bildirilib ki, bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, 2010-cu ildən Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib.
Meydanda qurulan tonqala od vurulmaqla bayram şənliklərinə start verilib. Bahar qızın gəlişi bayram şənliyinə xüsusi rəng qatıb.
Daha sonra ortaya Novruzun baş qəhrəmanları – keçəl və kosanın gəlişi başqa bir əhval-ruhiyə yaradıb.