XƏBƏRLƏR


23.04.14 YAP İsmayıllı rayon təşkilatında İsmayıllı bələdiyyəsinin hesabatı dinlənilmişdir.

Hesabat öncəsi YAP rayon təşkilatının sədri Əzizə Vahabova bələdiyyənin ictimai - siyasi  həyatımızda rolundan və strukturun üzərinə düşən vəzifələrindən danışmışdır.

İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədov son bir ildə görülən işlərdən, işdə olan çətinlik və problemlərdən danışmışdır.

Bələdiyyə sədrinin etdiyi məruzəyə münasibət bildirən RİH-nin başçısı İsmayıllı şəhəri üzrə nümayəndəsi Məhərrəm Əhmədov görülən işləri  qənaətbəxş hesab etdi. O, görülmüş işlərdən görüləcək işlərin  daha çox olduğunu diqqətə çatdırdı.

Görülmüş və görüləcək işlərdə YAP-ın mühüm rolu olduğuda vurğulandı.

Statistika İdarəsinin rəisi Əziz Əzizov İsmayıllı bələdiyyəsinin fəaliyyətində olan irəlləyişləri gələcək seçki üçün bəyənilən platforma olduğunu diqqətə çatdırdı.

Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov İsmayıllı bədiyyəsinin rayon gənclərinə , eləcə də idmançılara göstərdiyi diqqətdən danışdı.

Bələdiyyənin sədr müavini Qüdrət Kazımov bələdiyyə işində İKT-nin əhəmiyyətli rolundan danışdı. Aparılan  işlərin getdikcə inkişaf etdirəcəyini açıqladı.

İsmayıllı Peşə Tədris Mərkəzinin  direktoru Zaur Muradov görülən işlərdən razılıqla danışdı. Bələdiyyədə elektron informasiya mərkəzinin  yaradılmasını günün tələbi kimi dəyərləndirdi.

İsmayıllı bələdiyyəsinin üzvü , Sosial İnkişaf Komissiyasının  sədri Rəna Rəhimova bələdiyyə işinə  çalışqan, işgüzar insanların seçilməsinin vacibliyindən danışdı.

Aparılan müzakirələrdən səslənən irad və təkliflərin nəzərə alınacağı  qeyd olundu və qərar qəbul  olundu.

Tədbirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü çərçivəsində geniş söhbətə yer verildi .

YAP rayon təşkilatının sədri Ə.Vahabova bu münasibətlə görülmüş işlərdən söz açdı.