XƏBƏRLƏR


16.05.14 "Gül bayramı"

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayonda zəngin  forma və məzmunda, geniş miqyaslı, elmi-publisistik bədii əsaslara söykənən, ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. 10 may 2014-cü ildə keçirilən "Gül bayramı” bu tədbirlərin  zirvəsi olmuşdur.
Tədbiri ulu öndərin  abidəsi önünə rayon rəhbərliyinin, ağsaqqalların, müharibə veteranlarının  ağbirçəklərin gül qoyması ilə başlanmışdır. Bundan sonra düşüncəli, zövqlü  insanların yaradıcılıq  nümunələrinə , güldən yaradılmış sənət əsərlərinə baxış keçirilmişdir. Ən ucqar məktəblər də "Gül  bayramı”nda iştirak etmişdir. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Peşə Tədris mərkəzi  daxil olmaqla bütün  təhsil sistemi bayrama əsl yaradıcılıq ruhu ilə yanaşmışdır. Uşaq bağçalarında  tərbiyə olan  uşaqların  hər biri  bir gül çələnginə bəzədilib, bayrama gətirilmişdi.  Folklor qrupları həmişəkindən  daha zəngin idi. Gənc rəssamlar nümunəvi fəaliyyət sərgiləyirdilər. Mərkəzi   meydan ümummilli lider Heydər Əliyevin şərəfli adına layiq səviyyədə  bəzədilmişdi. İdarə və müəssisələrin "Gül bayramı”na gətirdiyi çələnglər bir-birinə bənzəməyən, hamısı da zövq oxşayan  səviyyədə idi. Rayon gənclər və idman idarəsi masasını və onun  ətrafını  profilinə uyğun  tərtib etmişdi. İdarələrarası  mini futbol yarışında, məktəblilərin  böyük futbol yarışında, məktəblilərin spartakidasında  (bunların hamısı  ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuşdu.) qalib  gələnlərə kubokları  rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov  təqdim etdi. O həm də  bədii gimnastların, karateçilərin çıxışlarına baxdı, onlara uğurlar arzuladı. Üzərində "Heydər Əliyev-91” yazılmış şarlar səmaya buraxıldı.
Baxış zamanı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir nümunəvi  yaradıcılıq işi üçün təşəkkürünü bildirmişdir. Bayrama çıxarılan bütün işlərlə yaxından tanış olmuşdur.
91 uşaq "91”  rəqəmi formasında düzülərək Azərbaycan Himnini ifa etmişlər. Nağaraçılar və kəndirbazlar öz məharətlərini göstərmişlər.
Mədəniyyət və turizm şöbəsinin ansamblı konsert proqramı ilə iştirakçılar qarşısında çıxış etmişdi