XƏBƏRLƏR


29.05.14 Kərpic zavodunun yenidənqurmadan sonra açılışı


  28 may 2014-cü il tarixdə  rayon ictimaiyyətinin bütün qruplarının nümayəndələrinin, gənclərin, ağsaqqalların, veteranların kütləvi iştirakı ilə yenidənqurma və əsaslı təmirdən sonra kərpic zavodunun açılışı olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov açılışda çıxış etmiş, iş adamlarına xeyir dua vermiş, rayonda sənaye müəssisələrinin artacağını xüsusi ilə vurğulamışdır.
    Respublikada tanınmış iş adamı, zavodun sahibi Fəxrəddin Baxışov çıxış edərək ölkə rəhbərliyinə yaratdığı şəraitə görə minnətdarlığını bildirmiş, Rayon İcra Hakimiyyətinə qarşılıqlı əməkdaşlıq üçün təşəkkür etmişdir.
    Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iştirakçılar adından yekdilliklə müraciət qəbul edilmişdir.