XƏBƏRLƏR


29.05.14 Bələdiyyə binası əsaslı təmiri olunur

    Respublikamızda Bələdiyyə qrumları yaranan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında RİH – nin balansında olan inzibati binanın 220 m2 – lik sahəsi İsmayıllı Bələdiyyəsinin balansına verilmişdir. 1960 – cı illərdə tikilən bina uzun müddətdir ki, təmir olunmadığı üçün öz görkəmini itirməkdə idi.

     Binanın həm daxilində, həm də dam örtüyü və fəsadında əsaslı təmirə ehtiyac var idi. İsmayıllı şəhərində gedən təmir – abadlıq işlərinin ümumi görünüşündə problemə çevrilən binanın restavrasiyasını İsmayıllı bələdiyyəsi öz üzərinə götürdü.

      Artıq dam örtüyü yenilənmiş, binanın daxilindəki əsaslı təmir işləri görülmüş, fasad hissəsində son tamamlanma görülməkdədir.

     Gündən – günə gözəlləşən şəhərimizə İsmayıllı bələdiyyəsi də öz tövhəsini verməkdədir.