XƏBƏRLƏR


2.06.14 Mayın 30-da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov İsmayıllıda vətəndaşları qəbul etmişdir.

Mayın 30-da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 60-dan çox vətəndaşın şikayət və təklifləri diqqətlə dinlənilmiş, müraciətlərinə baxılmışdır. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapmışdır. Digər müraciətlərə obyektiv baxılması, həmçinin qaldırılan məsələlərin operativ həlli ilə bağlı nazirliyin əlaqədar struktur qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.