XƏBƏRLƏR


19.06.14 2014-cü il qədəm qoyandan bəri İsmayıllı şəhər bələdiyyəsi bir çox işlərə imza atıb.

 Elə götürək aztəminatlı ailələri. Belə ailələlər müəyyən bayramlarda və ya dəfn mərasimlərinin təşkili zamanı bələdiyyənin köməyini yaxından hiss edib. Bəzi küçələrdə aparılan abadlıq- quruculuq işləri də sakinlərin ürəyincədir. Hazırda İsmayıllı şəhər bələdiyəsinin inzibati binasında təmir işləri aparılır. Bələdiyyə binası elə bələdiyyənin öz büdcəsi hesabına təmir olunur, Binanın ətrafında yaşıllaşdırma işlərinin görülməsi, işiqlandırma sisteminin yenidən qurulması nəzərdə tutulur. Bu il rayonun üç istiqamətində, Ü. Hacıbəyov və Cavanşir küçələrində və Micanda cari abadlıq işləri aparılıb. Bundan başqa, əlillərin yaşadığı binanın həyətində 25 nəfərlik istirahət köşkü tikilib. Şəhərin Mican ərazisində şəhid Cəlal Rüstəmovun xatirəsinə abidə-bulaq kompleksi bələdiyyə tərəfindən tikilərək istifadəyə verilib. Təmir-bərpa, abadlıq işləri ilə yanaşı, antisanitariyanın qarşısının alınması məqsədi ilə də tədbirlər həyata keçirilir. Şəhər bələdiyyəsi abadlıq–quruculuq işlərini il boyu davam etdirmək niyyətindədir. Yaşayış binalarının fasad hissəsinin yenilənməsi, həmçinin, şəhər ərazisində yerləşən qəbiristanlıqlarda bərpa işlərinin aparılması da qarşıya məqsəd qoyulub. H. Zərdabi küçəsində "nümunəvi məhəllə" yaradılması nəzərdə tutulub. Bütün bu işlərin daha yüksək səviyyədə həyata keçirilməsi üçün vergi ödəyiciləri arasında maarifləndirmə işləri aparılır. Qeyd edək ki, İsmayıllı şəhər bələdiyəsi Latviyanın Amata şəhər bələdiyəsi ilə qardaşlaşıb. Bu isə öz növbəsində qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır.