XƏBƏRLƏR


1.08.14 2014-cü ilin birinci yarım ili üçün İsmayıllı bələdiyyəsi hesabat verdi.

    31 İyul 2014-cü il tarixdə Təhsil şöbəsinin iclas zalında İsmayıllı bələdiyyəsi 2014-cü ilin birinci yarım ili üçün hesabat verib. Hesabatda bələdiyyə üzvləri və qulluqçuları, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri və seçicilər iştirak edib. İlk öncə Bələdiyyə sədri Fəqan Məmmədov çıxış edərək 6 ay ərzində gördüyü işlərdən danışdı. O görüləcək işlərin hələ çox olduğunuda qeyd etdi. F.Məmmədov Çıxışında onu da qeyd etdi ki, daha çox iş görülməsi üçün əhalinin torpaq və əmlak vergilərini vaxtı-vaxtında ödəməsi lazımdır. 
    Daha sonra söz seçicilərə verildi onlar çıxış edərək görülən işlərə görə öz təşəkkürlərini bildirdilər və irad və təkliflərini irəli sürdülər.  Sonda is qərar layihəsi oxundu.