2014-cü
ilin birinci yarım ilində
İsmayıllı bələdiyyəsinin gördüyü işlər
barəsində
H ES A
BA T
Hörmətli
seçicilər, 2014-cü ili Respublikamiz üçün, eləcə də rayonumuz üçün ən uğurlu illərdən biridir. İsmayıllı
yarandığı gündən bəri demək olar ki,
intibah dövrünü yaşamaqdadır.Yeni dizaynlı küçələr, parklar , abidələr,
binaların təmiri, sözün həqiqi mənasında rayonumuzu Azərbaycan mirvarisinə
çevirməkdədir.
2014-cü ilin
birinci yarım ili İsmayıllı bələdiyyəsi üçün digər dövrlərdən fərqlənən bir mərhələ olmuşdur. Bələdiyyələr yaranandan
İsmayıllı bələdiyyəsinə NK- nin qərarı
ilə dövlət mülkiyyətində olan inzibati
binadan 220m2 yer verilmişdir. Binanın qalan hissəsi digər dövlət və qeyri- dövlət təşkilatlarının istifadəsində olduğu
üçün şəhər mərkəzində yerləşən baxımsız bir münasibət formalaşmışdır, beləki
binanın daxilində , fasadında da dam
örtüyündə aşınmalar getmişdir. Şəhər ərazisində gedən quruculuq və abadlıq işlərinin fonunda yerləşdiyimiz bina ümümən şəhərin
görünüşünə xələl gətirdi. RİH- nin başçısı cənab M.Sadıqovun tövsiyə və köməkliyi əsasında qısa müddət ərzində_____ binanın 384m2 –lik dam
örtüyü yenilənmiş, 615m2 fasada aqlay vurulmuşdur. Binanın
daxili yüksək keyfiyyətlə təmir olunmaqdadır, binanın ətrafında yeni yaşıllıq zolağı yarıdılaraq ərazinin görkəmi büsbütün dəyişmişdir. Bütün bu işlərin gerçəkləşməsi üçün bələdiyyə büdcəsindən hal –
hazıra kimi 62227 manat vəsait
xərclənmişdir. Yeri gəlmişkən qeyd edim ki, həmin binanın İsmayıllı bələdiyyəsinin balansına verilməsi
üçün RİH – nə müraciət etmişik və ümüd edirik ki, müraciətimizə müsbət cavab
veriləcəkdir.
Bundan əlavə
yaşayış məntəqəli arasındakı yollara
800m3 qravib tökülərək 1300 metr yol abadlaşdırılmışdır. Ümümən
yolların bərpasına 2100 manat bələdiyyə
vəsaiti xərclənmişdir. Ötən yarım il
ərzində şəhər ərazisində ekoloji vəziyyət nəzarətdə saxlanılmış, məişət
tullantılarının təmizlənməsi üçün
bələdiyyə büdcəsindən 500 manat vəsait xərclənmişdir. Belə ki, Heydər Əliyev
prospektində , Cavanşir küçəsində, Qəzli yolunda müəyyən təmizlik işləri aparılmışdır. Heydər
Əliyev prospektində qarabağ əlillərinin yaşadığı binanın ətrafında uşaq
istirahət mərkəzi H.Zərdabi kücəsində yaşayış binaları arasında sanitar qovşağı tikilmişdir.
Sosial
problemlərə də diqqət yetirilmişdir, belə ki, bizə müraciət edən 8 nəfər
vətəndaşa 900 manat həcmində yardım
edilmişdir, dəfn mərasimlərinə 200 manat yardım edilmişdir. Gənclər gününün keçirilməsində bələdiyyə fəal iştirak etmiş, tədbirin
keçirilməsinə 4950 manat vəsait
xərclənmişdir. Gənclər arasında keçirilən futbol komandalarının mükafatlandırılmasına 550 manat vəsait ayrılmışdır.
Ümümlikdə bələdiyyəyə daxil olan vəsaitin 71427 manatı abadlıq və sosial problemlərin həllinə , 49617 manatı
bələdiyyə aparatının saxlanılmasına xərclənmişdir
Hesabat
dövründə ən məsul işlərdən biri də biçin
kompanıyasının uğurla və təhlükəsiz başa vurulması olmuşdur. 1600 ha – dan artıq
sahədə taxıl biçini olmuşdur. Biçinə qədərki dövrə sahələrdə heç bir yanğın hadisəsi baş verməmişdir. Ərazilərə nəzarət bu gün də davam edir, çünki baş verəcək
yanğın ətraf mühitə ciddi ziyan vura bilər. Bunun üçün komissiya yaradılmış və
qrafik tərtib olunmuşdur.Təəssüf hissi ilə qeyd etməliyik ki, vətəndaş
məsuliyyətsizliyi ucbatından Aşağıbaş
ərazisində "Qayız bulaq” adlanan 1 hektarlıq sahədə yanğın olmuş və FHN yanğından mühafizə xidməti tərəfindən qarşısı
alınmışdır.
Hesabat
dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər olunmuş və
hər bir müraciətə vaxtında cavab verilmişdir. Altı ay ərzində İsmayıllı bələdiyyəsinə 45 ərizə həyətyanı torpaq sahəsinin satılması, 12 ərizə sahibkarlıqla məşğul olmaq, 9 ərizə maddi
yardım almaq barədə, 38 ərizə müxtəlif problemlər barədə daxil olmuşdur. Müraciətlərin
daha çox hissəsi vətəndaşların üzləşdiyi sənədləşmə problemidir ki, bunlar da daha çox əladəqar
təşkilatlarla bağlı olur.
2014-cü ilin
I yarısında bələdiyyənin gəlirləri 105 min manat planlaşdırıldığı halda faktiki mədaxil 102,339 manat olmuşdur. Keçən ildən isə 18978 manat qalıq olmuşdur.
Bələdiyyənin
hesabına 6 ay ırzində 12900 manata qarşı 12375 torpaq vergisi,5150 manata qarşı
2959 manat əmlak vergisi, 60200 manata qarşı 72921 manat torpaq satışından
vəsait daxil olmuşdur. Reklam lövhələrinin icarəsindən7500 manata qarşı 1500 manat , sanitar qovşağından ısə 600 manat gəlir olmuşdur. Hesabat dövründə bələdiyyənin xərcləri 105 min manat əvəzinə 121044 manat təşkil
etmişdir, bu da proqnoza 115 % əməl etmək deməkdir. Ayrı- ayrılıqda isə
torpaq vergi proqnozuna 96%, əmlak vergi
proqnozuna 57% torpaq satışı proqnozuna
-121%, icarə haqqı proqnozuna 74% əməl olunmuşdur.
Fəaliyyətimiz
davam edir, bundan sonra da bələdiyyə olaraq qarşımızda duran
vəzifələrə layiqincə yerinə yetirməyə çalışacağıq . İsmayıllı şəhəri
ərazisindəki bütün daxili yollar
tərəfimizdən ölçülmüş , bərpa olunacaq yolların smetası hazırlanmışdır. Belə ki, yeni dərs
ilinədək 24 km yolun abadlaşması nəzərəd tutulmuşdur. Bunun üçün 40000 vəsait lazımdır.
Hörmətli
seçicilər, bir bələdiyyə olaraq sizin etimadınızı doğrultmaq, qaldırdığınız problemləri həll etmək üçün çalışırıq. Bu
bizim vəzifəmizdir. Lakin seçici kimi
siz vətəndaşların da üzərinə məsuliyyət
düşür. Torpaq və əmlak vergilərinin,
icarə haqlarının vaxtında ödənilməsi sizin problemlərin həll olunması deməkdir. Odur ki, Vətəndaş olaraq vergiləri vaxtında ödəməyinizi xahiş
edirik.
Digər bir
xahişimiz odur ki, mülkiyyətimizdə olan
torpaq sahələrini satarkən,
bağışlayarkən Azərbaycan Respublikasi
Vergilər Məcəlləsinin tələblərinə əməl edərək ən geci bir ay müddətində bələdiyyəni məlumatlandırasınız.
Çünki, ucot sisteminin qeyri – dəqiqliyi həm vətəndaşlar, həm də
bələdiyyə olaraq bizim üçün problemlər
yaradır.
Bildiyimiz kimi qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilərdə bir daha iştirak edərək sizlərin etimadını qazanmaq arzusundayıq. Bu bizim üçün bir imtahan olacaqdır. Ümid edirik ki,
gördüyümüz işlərə layiqli qiymət verəcəksiniz.
Diqqətinizə
görə təşəkkür edirik!
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllı səfəri
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllıya səfəri-2020
Heydər Əliyev adına park
İsmayıllı rayonu yeni görüntülər
İsmayıllıda "Saat meydanı"
İstirahət mərkəzləri
Olimpiya kompleksi
Prezidentin İsmayıllı Rayonuna səfəri 2014
Təhsil müəssisələri
Ümumi görüntü
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər