17 noyabr
2014-cü ildə İsmayıllı Mədəniyyət Sarayının iclas zalında 17 noyabr Milli
Dirçəliş Günü münasibəti ilə dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən
İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov çıxış edərək
bildirib ki, Milli Dirçəliş günü 1992-ci ildə elan olunub. 1988-ci ilin
noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin
Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX
əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül
tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında
Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.
Tədbirdə bildirilib ki, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər
Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni
tərkibdə ilk sessiyası keçirilib. Muxtar respublikanın adından "sovet” və
"sosialist” sözləri çıxarılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağının dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali
Soveti qarşısında vəsatət qaldırılıb. Beləliklə, milli dirçəlişdən milli
tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllı səfəri
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllıya səfəri-2020
Heydər Əliyev adına park
İsmayıllı rayonu yeni görüntülər
İsmayıllıda "Saat meydanı"
İstirahət mərkəzləri
Olimpiya kompleksi
Prezidentin İsmayıllı Rayonuna səfəri 2014
Təhsil müəssisələri
Ümumi görüntü
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər