Azərbaycanı dərəbəylikdən, xaosdan,
parçalanmaqdan xilas etmək, torpaq itkisinin qarşısını almaq, hüquqi dövlət
yaradıb, onu məharətlə idarə etmək, öləziyən iqtisadiyyatı dirçəltmək üçün
ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi çox vacib idi.
Xalqımız təkidli xahişinə ara vermirdi. Nicatını Heydər Əliyevdə görürdü. Ümidi
ona idi.
Ulu öndər xalqımızın taleyi üçün həmişə
özünü məsul bildiyi üçün xahişləri qəbul etdi. Düşündü ki, hakimiyyətə gəlmək
üçün siyasi əsas lazımdır. Bu əsas da 1992-ci il noyabr ayının 21-də
Naxçıvanda keçirilən təsis konfransında yaradılan Yeni Azərbaycan
Partiyası oldu. İlk rayon təşkilatlarından biri də İsmayıllıda təsis olundu.
İndi rayon təşkilatının uçotunda 7500 nəfərə qədər YAP üzvü vardır.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixdə
açılışını etdiyi Mədəniyyət sarayında Yeni Azərbaycan Partiyasının 22
illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.
Tədbirdə Millət Vəkili, Milli
Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP siyasi şurasının və idarə
heyətinin üzvü Eldar İbrahimov, Millət vəkili, Milli Məclisin Elm və Təhsil
Siyasəti Komitəsinin sədri Şəmsəddin Hacıyev, İsmayıllı rayon İcra
Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, əməkdar elm xadimi Mirdaməd
Sadıqov və Millət Vəkili Novruzəli Aslanov iştirak edirdilər. YAP rayon
təşkilatının sədri Əzizə Vahabova partiyanın keçdiyi 22 illik yüksəliş yolu
barədə çıxış etdi.
YAP-ın
yaradıcıları və təşkilatçıları sırasında ilkin yerlərdə olan, o zaman Ulu
öndərlə Naxçıvanda birgə çalışan Eldar İbrahimovun çıxışı çox maraqla,
diqqətlə dinlənildi. O, partiyanın təsis olunduğu şəraitdən, YAP-ın
Heydər Əliyev dühasından yarandığından, ümummilli liderin xalqımızın xilası
üçün cəfakeşlik səviyyəsində fəaliyyət göstərməsindən, Prezidentimiz, Yeni
Azərbaycan Partiyasının sədri İlham Əliyevin dövlət müstəqilliyimizin
əbədiliyi, iqtisadiyyatımızın yüksəlişi, torpaqlarımızın bütövləşməsi
üçün bütün varlığı ilə çalışmasından danışdı. Çıxışının sonunda bir qrup gəncə
YAP-ın üzvlük biletlərini təqdim etdi.
Millət vəkili prosessor, Milli Məclisin komitə sədri
Şəmsəddin Hacıyev iqtisadi dildə Heydər Əliyevin və Prezident İlham
Əliyevin dünənimiz və bu günümüz, zəngin həyatımız üçün göstərdikləri rəhbər
fədakarlığından, gələcəyimizin daha xoşbəxt, daha firavan olacağından danışdı.
Rayon icra hakimiyyətinin başçısı, Yeni Azərbaycan
Partiyasının ilk üzvləri sırasında olan, ilk "Heydər Əliyev iqtisadi
idarəetmə məktəbi”ni yaradan Mirdaməd Sadıqov çıxışında böyük zəka sahibi,milli
taleyimizin təminatçısı, bütün varlığı ilə xalqı üçün çalışan Heydər Əliyevin
partiya yaradıcılığından, iqtisadi təfəkkürünün Azərbaycana gətirdiyi
bəhrələrdən ətraflı bəhs etdi. Ümummilli liderin siyasətinə sədaqət
göstərilərək idarə olunan İsmayıllının Prezident İlham Əliyevin qayğısının
nəticəsi olaraq sürətlə inkişaf etdiyindən danışdı.
Partiya veteranı, YAP rayon təşkilatının
yaradılmasında fəal iştirakı, diqqətçəkən xidmətləri olmuş İsmayıllı şəhər İƏD
üzrə nümayəndə Məhərrəm Əhmədov çıxış edərək, Yeni Azərbaycan Partiyası rayon
təşkilatının yaradılması tarixindən, o zamankı təsisçilərin
fəallığından danışdı, bayram iştirakçılarını təbrik etdi.
Millət vəkili Novruzəli Aslanov YAP-ın
yaranmasının 22-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik
etdi.
Bir qrup partiya veteranına fəxri fərmanlar təqdim
olundu.
Əsil mənada möhtəşəm konsert oldu. Ümummilli
liderə, vətənimizə -Azərbaycana, Prezidentə həsr olunmuş mahnılar oxundu,
şerlər deyildi.
Prezident İlham Əliyevin qayğısından hər günü bir
bayram olan İsmayıllılar sevinc və fərəh dolu daha bir gün yaşadılar.
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllı səfəri
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllıya səfəri-2020
Heydər Əliyev adına park
İsmayıllı rayonu yeni görüntülər
İsmayıllıda "Saat meydanı"
İstirahət mərkəzləri
Olimpiya kompleksi
Prezidentin İsmayıllı Rayonuna səfəri 2014
Təhsil müəssisələri
Ümumi görüntü
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər