83 il öncə Azərbaycanda yeni bir
ərazi vahidi –İsmayıllı rayonu yaradıldı. Ayrı-ayrı vaxtlarda müxtəlif
inkişaf dövrü yaşayan, sosial-iqtisadi, infrastruktur, sənaye və kənd
təsərrüfatı baxımından inkişaf edən rayon bu gün 1 şəhər, 2 qəsəbə və 105 kəndi
əhatə edir. Əhalinin sayı 83 min nəfərdən yuxarı olmaqla 33 faizi şəhərdə, 67
faizi isə kəndlərdə yaşayır.
Bu gün rayonda kənd təsərrüfatı, sənaye, turizm, elm
və təhsilin inkişafına xüsusi diqqət yetirilir, rayon mərkəzi, qəsəbə və
kəndlər sürətli inkişaf dövrünü yaşayır, insanların sosial həyatında,
məişətində yeniləşmə özünü göstərir. İsmayıllılar daha xoşbəxt və firavan
həyata qovuşurlar .
Noyabr ayının 24-də Heydər Əliyev Mərkəzində
rayonunun yaradılmasının 83-cü ildönümünə həsr olunmuş toplantı keçirildi.
Əvvəlcə rayon rəhbərliyi, ağsaqqallar, qabaqcıl
ziyalılar, əmək və müharibə veteranları ümummilli lider Heydər Əliyevin abidəsi
önünə tər çiçək dəstələri qoydular.
Tədbiri giriş sözü ilə RİH başçısının müavini,
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açdı.
Ümummilli liderin ölkə Prezidentinin İsmayıllı və ismayıllılara verdiyi yüksək
dəyəri onların söylədikləri kəlamlarla bir daha xatırlatdı.
Dövlət qulluğu veteranı Valeh
Salehov rayonunun keçdiyi inkişaf tarixi barədə ətraflı məlumat verdi, ölkə
başçısının, rayon rəhbərliyinin İsmayıllıya göstərdiyi yüksək diqqət və
qayğıdan danışdı.
Şəhər 1 və 4 saylı məktəbin
müəllimləri Mirvari Musayeva, Rəna Mirzəliyeva, Dövlət İdarələri və İctimai
Xidmət İşçiləri Həmkarlar ittifaqı RK-nın sədri Zahid Əkbərov, "Heydər
Əliyev İdarəetmə Məktəbi”nin icraçı direktoru Fərman Bəşirov, rayon
veteranlar şurasının sədri Abduləli Əliyev çıxış edərək öz xatirələrini,
rayonun gələcək inkişafı ilə bağlı mülahizə və təkliflərini söylədilər.
Rayon İcra Hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov yubiley tədbirində çıxış edərək, cənab Prezident İlham
Əliyevin İsmayıllıya xüsusi qayğı və diqqət göstərdiyini, rayonun inkişafı üçün
bundan sonra da lazımi tədbirlərin görüləcəyini, onun turizm, kənd
təsərrüfatı, sənaye potensialından maksimum istifadə olunacağını yığıncaq
iştirakçılarının diqqətinə çatdırdı.
Bir qrup veteran mükafatlandırıldı.
Tədbir konsert proqramı ilə
yekunlaşdı.
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllı səfəri
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllıya səfəri-2020
Heydər Əliyev adına park
İsmayıllı rayonu yeni görüntülər
İsmayıllıda "Saat meydanı"
İstirahət mərkəzləri
Olimpiya kompleksi
Prezidentin İsmayıllı Rayonuna səfəri 2014
Təhsil müəssisələri
Ümumi görüntü
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər