XƏBƏRLƏR


15.12.14 12 dekabr saat 9-dan başlayaraq ulu öndərin sevdiyi, ona həsr olunmuş mahnı və şeirlər səslənmiş, bütün şəhər sakinləri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, müqəddəs ruhunu ehtiramla yad etmişlər. Anım mərasiminin bu mərhələsindən sonra Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İdarəetmə Məktəbi"nin 120 nəfər dinləyicisinin iştirakı ilə "Heydər Əliyev tarixi və fenomen şəxsiyyətdir" mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açmışdır. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci mərhələsinə həsr olunmuş filmə baxılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mövzunu hərtərəfli əhatə edən məruzə ilə çıxış etmişdir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, şəhər 3 saylı və 5 saylı tam orta məktəblərin müəllimləri Vasif Cabbarov, Elnarə Muradəliyeva, Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Məmmədova Heydər Əliyev siyasətinin müxtəlif istiqamətləri barədə çıxış etmişlər. Çıxışlarda ümummilli liderin insana qayğı, sosial-iqtisadi inkişaf konsepsiyası, mili-mənəvi dəyərlər əsasında tərbiyə işini qurması, təhsil islahatları, qanun yaradıcılığı, kadr hazırlığı dolğun təhlilini tapmışdır.

Azərbaycan tarixinin Heydər Əliyev mərhələsində yeni bir tarix yaratmış, ölkənin müstəqilliyinə əbədilik xarakteri vermiş, ümummilli liderin anım gününə həsr olunmuş tədbirlər miqyas genişliyi, forma zənginliyi, məzmun dərinliyi ilə yaddaşlara həkk olunmuşdur. Rayon Mərkəzi Xəstəxanasında, İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecində, "Azərpoçt” müəssisəsinin rayon filialında, Rayon Təhsil şöbəsində, Heydər Əliyev Mərkəzində, bütün tam orta məktəblərdə anım gününə həsr olunmuş tədbirlərdə iştirakçılar bir daha Heydər Əliyevin nəsillərə örnək olan həyatını öyrənmiş, siyasi, iqtisadi, sosial siyasət yollarına dərindən bələd olmuşlar. Rayon Gənclər və İdman idarəsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri və cüdo yarışı təşkil etmiş, ”Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda debat formasında dəyirmi masa arxasında söhbət keçirmişdir.
12 dekabr saat 9-dan başlayaraq ulu öndərin sevdiyi, ona həsr olunmuş mahnı və şeirlər səslənmiş, bütün şəhər sakinləri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, müqəddəs ruhunu ehtiramla yad etmişlər.
Anım mərasiminin bu mərhələsindən sonra Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İdarəetmə Məktəbi”nin 120 nəfər dinləyicisinin iştirakı ilə "Heydər Əliyev tarixi və fenomen şəxsiyyətdir” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açmışdır. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci mərhələsinə  həsr olunmuş filmə baxılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mövzunu hərtərəfli əhatə edən məruzə ilə çıxış etmişdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, şəhər 3 saylı və 5 saylı tam orta məktəblərin müəllimləri Vasif Cabbarov, Elnarə Muradəliyeva, Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Məmmədova Heydər Əliyev siyasətinin müxtəlif  istiqamətləri barədə çıxış etmişlər. Çıxışlarda ümummilli liderin insana qayğı, sosial-iqtisadi inkişaf konsepsiyası, mili-mənəvi dəyərlər əsasında tərbiyə işini qurması, təhsil islahatları, qanun yaradıcılığı, kadr hazırlığı dolğun təhlilini tapmışdır.
Günün ikinci yarısında şəhərin müxtəlif məhəllələrində inşa edilmiş xeyir-şər evlərində ağsaqqalların və ziyalıların iştirakı ilə süfrə arxasında toplantı keçirilmiş, Heydər Əliyevə həsr olunmuş filmlər nümayiş etdirilmiş, çıxışlar dinlənilmişdir.
Bu günün vəzifələrini layiqincə yerinə yetirmək istəyən hər bir kəs ulu öndərin həyat və fəaliyyətini mükəmməl öyrənir, ondan örnək götürür, azərbaycançılıq məfkurəsini həyatının əsas istiqaməti kimi dəyərləndirir.