XƏBƏRLƏR

Bayramınız mübarək!

Bələdiyyə seçkiləri sona çatdı

12 dekabr saat 9-dan başlayaraq ulu öndərin sevdiyi, ona həsr olunmuş mahnı və şeirlər səslənmiş, bütün şəhər sakinləri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, müqəddəs ruhunu ehtiramla yad etmişlər.
Anım mərasiminin bu mərhələsindən sonra Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İdarəetmə Məktəbi"nin 120 nəfər dinləyicisinin iştirakı ilə "Heydər Əliyev tarixi və fenomen şəxsiyyətdir" mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açmışdır. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci mərhələsinə həsr olunmuş filmə baxılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mövzunu hərtərəfli əhatə edən məruzə ilə çıxış etmişdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, şəhər 3 saylı və 5 saylı tam orta məktəblərin müəllimləri Vasif Cabbarov, Elnarə Muradəliyeva, Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Məmmədova Heydər Əliyev siyasətinin müxtəlif istiqamətləri barədə çıxış etmişlər. Çıxışlarda ümummilli liderin insana qayğı, sosial-iqtisadi inkişaf konsepsiyası, mili-mənəvi dəyərlər əsasında tərbiyə işini qurması, təhsil islahatları, qanun yaradıcılığı, kadr hazırlığı dolğun təhlilini tapmışdır.

83 il öncə Azərbaycanda yeni bir ərazi vahidi –İsmayıllı rayonu yaradıldı. Ayrı-ayrı vaxtlarda müxtəlif inkişaf dövrü yaşayan, sosial-iqtisadi, infrastruktur, sənaye və kənd təsərrüfatı baxımından inkişaf edən rayon bu gün 1 şəhər, 2 qəsəbə və 105 kəndi əhatə edir. Əhalinin sayı 83 min nəfərdən yuxarı olmaqla 33 faizi şəhərdə, 67 faizi isə kəndlərdə yaşayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixdə açılışını etdiyi Mədəniyyət sarayında Yeni Azərbaycan Partiyasının 22 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.
Tədbirdə Millət Vəkili, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP siyasi şurasının və idarə heyətinin üzvü Eldar İbrahimov, Millət vəkili, Milli Məclisin Elm və Təhsil Siyasəti Komitəsinin sədri Şəmsəddin Hacıyev, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, əməkdar elm xadimi Mirdaməd Sadıqov və Millət Vəkili Novruzəli Aslanov iştirak edirdilər. YAP rayon təşkilatının sədri Əzizə Vahabova partiyanın keçdiyi 22 illik yüksəliş yolu barədə çıxış etdi.

Noyabr ayının 21-də İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.

"17 noyabr –Milli Dirçəliş Günü" münasibətilə tennis üzrə rayon birinciliyi

Milli Dirçəliş Günü münasibəti ilə İsmayıllı Mədəniyyət Sarayında dəyirmi masa

"9 noyabr- Milli Bayraq günü" münasibətilə 08 noyabr 2014-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hərtərəfli dəstəyi ilə rayonun bir qrup fəal gənci Bakı şəhərinə-Bayraq meydanına səfər etmişdir.

Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəyi qoydu.
2014-cü ilin birinci yarım ilində İsmayıllı bələdiyyəsinin gördüyü işlər barəsində hesabatı

2014-cü ilin birinci yarım ili üçün İsmayıllı bələdiyyəsi hesabat verdi.
İsmayıllı bələdiyyəsi 6 aylıq hesabat verəcək.
2014-cü il qədəm qoyandan bəri İsmayıllı şəhər bələdiyyəsi bir çox işlərə imza atıb.

Futbol üzrə rayon çempionatı başa çatdı

Mayın 30-da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov İsmayıllıda vətəndaşları qəbul etmişdir.

Bələdiyyə binası əsaslı təmiri olunur

Kərpic zavodunun yenidənqurmadan sonra açılışı
Azərbaycan Respublikasının mülkiyyət sahibi olan hər bir vətəndaşı vergi ödəyicisidir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İsmayıllıda vətəndaşları qəbul edib