XƏBƏRLƏR


13.02.20 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin İsmayıllı rayon Məşğulluq Mərkəzi Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə 30 yanvar 2020-ci il tarixdə rayonun Peşə Tədris Mərkəzində növbəti "Əmək yarmarkası" təşkil edib. "Əmək yarmarkası"nda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla iş sektorunun müdiri Nəcəf Məhərrəmov, idarə, müəssisə, təşkilat rəhbərləri, iş adamları və işaxtaran vətəndaşlar olmaqla cəmi 550 nəfər iştirak edib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin İsmayıllı rayon Məşğulluq Mərkəzi Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə 30 yanvar 2020-ci il tarixdə rayonun Peşə Tədris Mərkəzində növbəti "Əmək yarmarkası” təşkil edib. ”Əmək yarmarkası”nda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla iş sektorunun müdiri Nəcəf Məhərrəmov, idarə, müəssisə, təşkilat rəhbərləri, iş adamları və işaxtaran vətəndaşlar olmaqla cəmi 550 nəfər iştirak edib.
"Əmək yarmarkası”nda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov və Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla iş sektorunun müdiri Nəcəf Məhərrəmov çıxış edərək ölkə Prezidentinin əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində apardığı uğurlu siyasət barədə tədbir iştirakçılarına məlumat veriblər. RİH-nin başçısı M.Sadıqov təkcə İsmayıllıda 2019-cu ildə 1489 iş yerinin açıldığını diqqətə çatdırıb. Çıxış edənlər yarmarkanın işinə uğurlar arzulayıblar.
Əmək yarmarkasına 53 idarə, müəssisə, təşkilat və sahibkarlar tərəfindən 278 boş iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlərdən 33-ü dövlət, 15-i qeyri -dövlət, 5-i isə fiziki şəxs olmuşdur. Əmək yarmarkasına çıxarılmış boş iş yerlərindən 179-u fəhlə, 83-ü qulluqçu, 16-sı isə xidmət sahələridir.
Təqdim olunmuş boş iş yerlərinə 72 nəfər -qeyri məşğul vətəndaşa göndəriş verilib. Onlardan 62 nəfəri dövlət, 10 nəfəri isə özəl iş yerlərinə göndərilib. Təqdim edilmiş boş iş yerlərində əmək haqqı 250 manatdan 650 manat həddində olacaqdır.
Yarmarkada 45 nəfər peşə təlimi kursuna göndərilmək üçün müraciət edib.
İşsiz və işaxtaran vətəndaşlara özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib.