Erməni vəhşilikləri pislənib, qurbanlar anılıb
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi vəxeyli canlı qüvvəsi iləXocalını mühasirəyə aldı.
Ermənilərən müasir silahlarla şəhərəhücum edərək Xocalışəhərini yerlə-yeksan etdilər. Çoxsaylıağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış vəinsanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başlarıkəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan vədigər şəklə salınanlarçoxluq təşkil edirdi.
Bu soyqırımınəticəsində, rəsmi rəqəmlərəgörə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isəqocalar idi. Bunların içərisində
– 8 ailə tamamilə məhv edilmişdir;
– 56 insan işgəncəilə öldürülmüşdür;
– 27 ailənin yalnız 1 üzvü qalmışdır;
– 25 uşaq hər iki valideynini itirmişdir;
– 130 uşaq valideynlərindən birini itirmişdir;
– 230 ailə öz başçısını itirmişdir;
– 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğaçatmamışlardır);
– 1275 insan əsir götürülmüşdür;
– 1165 insan girovluqdan azad edilmişdir;
– 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Bu tarixi faktlar fevral ayının 26-daİsmayıllı ictimaiyyətinin rayondakı "Ana harayı” abidəsi önündəki yürüş-toplantıda səsləndirilib.
İsmayıllı sakinləri abidə və İsmayıllı şəhidləri xatirə-kompleksinin önündən keçərək, erməni faşistlərinin təcavüzlərinə qurban getmiş xocalıların və digər soydaşlarımızın əziz xatirəsini yad ediblər.
İsmayıllı bələdiyyəsinin informasiya şöbəsi
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər