XƏBƏRLƏR


10.03.20 Təqaüddə olan qadın müəllimlər unudulmadı

 

Təqaüddə olan qadın müəllimlər unudulmadı

İsmayıllı bələdiyyəsi və İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində gənc könüllülər təqaüddə olan bir qrup qadın müəllimin evinə gedərək, onların əziz bayramlarını təbrik ediblər.

İsmayıllı şəhərinin müxtəlif məktəblərində müəllim işləmiş vəhal-hazırda təqaüddə olan bu xanımlar əlamətdar gündə diqqətdə olduqlarından məmnunluq duyduqlarınıbildirib, bələdiyyəyə və mərkəzin könüllülərinə təşəkkür ediblər.

 

Bələdiyyənin informasiya şöbəsi