XƏBƏRLƏR


13.03.20 İsmayıllı şəhər sakinlərinin nəzərinə!

İsmayıllı şəhər sakinlərinin nəzərinə!

"Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC tərəfindən Respublika üçün son dərəcə strateji əhəmiyyətə malik hava elektrik xətlərinin mühafizə zolağında yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsinin zəruruiliyi bildirilmişdir.

Qeyd olunanları nəzərə alaraq rayon ərazisində xətlərin mühafizə zolağında baş verə biləcək hər hansı neqativ halın qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar əhali, təsərrüfat sahibləri və digər torpaq istifadəçiləri arasında maarifləndirici işlərin aparılması vacib hesab olunur.

Odur ki, hər kəsdən rayon ərazisindən keçən yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında hər hansı tikinti, əkin-biçin işinin aparmaması tələb olunur. Həmin ərazilərdə yanğın təhlükəsi yarada biləcək hər cür hərəkət yolverilməz sayılır.

Tələbə uyğun maarifləndirmə işi və icrasına nəzarət İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinə və bələdiyyə sədrlərinə həvalə olunur.

Hər birinizdən xətlərin mühafizə zonasında baş verə biləcək hər hansı qəzanın qarşısının alınması işinə köməklik göstərməyiniz xahiş olunur.

İsmayıllı bələdiyyəsinin informasiya şöbəsi