XƏBƏRLƏR


30.03.20 İsmayıllı bələdiyyəsi aztəminatlı və kimsəsizlər qrupuna daxil olan şəhər sakinlərinə diqqət və qayğı göstərilməsi aksiyasını davam etdirir

Aztəminatlı və kimsəsizlər diqqətdədir


İsmayıllı bələdiyyəsi aztəminatlı və kimsəsizlər qrupuna daxil olan şəhər sakinlərinə diqqət və qayğı göstərilməsi aksiyasını davam etdirir.

Mart ayının 29-da İsmayıllı şəhər sakini Yusubov Zirəddin Yusub oğluna yaşadığı ünvanda baş çəkilib, vətəndaşa ərzaq və gündəlik tələbat məhsulları ilə yardım edilib.

Z.Yusubov göstərilən diqqətə görə minnətdarlıq edib.


İsmayıllı bələdiyyəsinin informasiya şöbəsi