Çağırış hər birimiz üçün örnəkdir.
Yeni növ koronavirus pandemiyasının (COVID-19) ölkəmizdə geniş yayılmasının qarşısının
alınması istiqamətində görülən işlərinməhz
vətəndaşların rifahı və mənafeyi üçün aparıldığı
aydın görünür və bu, vətəndaşlar tərəfindən müsbət qarşılanır.
Prezidentimizin "Biz birlikdə güclüyük” çağırışı hər birimiz üçün örnəkdir. Cənab
İlham Əliyevin bu sahədə apardığı tədbirlərə dəstək məqsədi ilə Respublikamızın
hər yerində xüsusi karantin rejimi qaydalarına əməl olunur və "Evdə qal!”
kampaniyası çərçivəsində aztəminatlı ailələrə, o cümlədən yaşı 65-dən yuxarı
olan xəstə, tənha, ahıl şəxslərə yardımlar edilir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin
təşəbbüsünə qoşulan İsmayıllı bələdiyyəsi koronavirus təhlükəsi ilə əlaqədar "Evdə
qal, həyatları xilas et!" çağırışından sonra İsmayıllı şəhərinin yaşlı və
aztəminatlı sakinlərindən bir qrupuna qayğı və diqqət göstərilməsini öz üzərinə
götürüb. Təşəbbüsün dəstəklənməsində bələdiyyənin üzvləri və qulluqçuları
imkanları çərçivəsində fəallıq göstəriblər.
Koronavirus pandemiyası dalğasının yayıldığı ilk günlərdə bələdiyyə İsmayıllı
şəhərinin küçə və meydanlarını, əhalinin sıx toplaşdığı, intensiv hərəkət
etdiyi ərazilərin dezinfeksiyasını aparmaqda mümkün tədbirləri həyata keçirib.
Yardım payı alanlaırın hər birinə dövlət tərəfindən atılan addımlar izah
edilmiş və evdə qalmaları, gündəlik nə etməli olduqları məsələlərə diqqətlə
yanaşmaları və ciddi zərurət olmadıqda evdən çıxmamaları xahiş olunub.
Qeyd edək ki, görülməsi vacib
olan tədbirlər və yardımlar bələdiyyə tərəfindən bundan sonra da davam etdiriləcək.
İsmayıllı
bələdiyyəsi
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər