XƏBƏRLƏR


4.05.21 Yanğına qarşı təxirəsalınmaz tədbirlər görülüb həyata keçirilməlidir

İsmayıllı şəhərində yaşayan sahibkarların nəzərinə!

Respublika ərazisində ənənəvi olaraq hər il Dənli və Texniki bitkilərin yığılıb tədarük olunması dövründə Azərbaycan respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğınaqarşı məqsədyönlü tədbirlər görülüb həyata keçirilir. Görülmüş yanğın təhülkəsizliyi tədbirlərinə baxmayaraq dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı sahibkarlar, fermer təsərrüfat və müəssisə rəhbərləri tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülüb həyata keçirilmir.

Nəzərə alsaq ki, dənli bitkilərin biçin dövrü yanğına həssas və təhlükəlidir, yanğın təhlükəsiziyinin etibarlı təmin edilməsi üçün bir sıra yanğına qarşı təxirəsalınmaz tədbirlər görülüb həyata keçirilməlidir.

Belə ki,

- Əkilmiş sahələrin avtomobil yol kənarlarının, dəmir yollarının və meşə ilə həmsərhəd ərazilər 4 metrdən az olmayaraq biçillərək şumlanmalıdır;

- Biçin dövründə bir kombaynın gündəlik iş norması müəyyən edilərək sahələrə bölünməklə 8 metrdən az olmayaraq biçilib şumlanmalıdı;

- Biçim dövründə bir kombaynın gündəlik iş normaslı müəyyən edilərək sahələrə bölünməklə 8 metrdən az olmayaraq biçilib şumlanmalıdı;

- Kənd təsərrüfatı texnikalarını ilkin yanğınsöndürmə vasitələri (odsöndürən balonlar,su ilə dolu çəllək və süpürgə) ilə təmin etməli;

- Bütün növ texnikaları qığılcımsöndürən qurğularla təmin edilməli;

- Nasaz kənd təsərrüfatı texnikalarının zəmilərə buraxılmasını və sahələrdə təmir olunmasını, yanacaqla doldurulmasını qadağan etməklə 30 mertrdən az olmayaraq kənarlaşdırmalı, ətrafı 4 metrdən az olmayaraq şulanması təmin edilməsi;

- Müəyyən edilmiş düşərgələr, texnikaların dayanacaqları yanar tullantılardan və quru otlardan təmizlənərək ətrafı şumlanmalıdır;

- Kənd təsərrüfatı texnikaları işin sonu dayanacaqlarda park etməzdən əvvəl su şırnağı ilə yuyularaq toplanmış tozdan təmizlənməli;

- Zəmilərdə, meşələrdə yol kənarlarında açıq oddan istifadə edilməsi, tonqalların qalanması qəti qadağan olunmalı;

- Meşələrin həmsərhəd zolaqlarını yanar qalıqlardan kol-kosdan və tullantılardan təmizlənməsi təşkil edilməli;

- Biçin sahələrində, zəmilərin müəyyən edilmiş düşərgələrdə, meşə təsərrüfatlarında növbətçi kotanlı traktorların su avtoçənlərinin və su çəlləklərinin qrafikini ciddi təmin etməklə icrasına maksimum nail olunmalı;

- Aqrolizinq ASC-nin texnikaları istismara buraxılmazdan əvvəl müxanizatolarla müqavilələrdə onlarla peşə hazırlığı, texniki və yanğın təhlükəsizliyi sahəsində biliklərinin səviyyəsi yoxlanaraq xüsusi jurnallarda imza edilməsi, yanğın hadisəsi zamanı onların əməliyyat davranışı yanğın texniki minimumun tələblərinnə cavab verilməsi yoxlanılmalı;

- Sahibkarlar və özəl texnika (su avtoçənləri, kotanlı traktorlar, kombayınlar və sair kənd təsərrüfatı texnikaların) sahiblərinin telefon nömrələri qeydiyyata alınaraq yanğına qarşı təlimatlandırılması təmin edilməli;

Yuxarıda qeyd olunan yanğına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və ciddi nəzarət olunması Dövlət Yanğın Nəzarəti Orqanı tərəfindən tələb olunur;

Yanğın təhlükəsizliyi norma və qaydalarını pozan şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir.

Unutmayaq ki, çörək ruzidir, bərəkətdir, meşələr qoruqlar sərvətimizdir. 2021-ci ilin yay mövsümünü itkisiz, yanğınsız, hadisəsiz başa vurmağa Sizlərə arzu edirəm.

Hörmətlə,

İsmayıllı bələdiyyəsinin sədri: Pərviz Ağayev