XƏBƏRLƏR


22.07.21 İsmayıllı bələdiyyəsi tərəfindən Qurban bayramı münasibətilə yardım aksiyası keçirilmişdir.

İsmayıllı bələdiyyəsi tərəfindən Qurban bayramı münasibətilə yardım aksiyası keçirilmişdir.

Bununla əlaqədar bələdiyyə üzvlərinin ümumi yığıncağında qərar qəbul edilmiş və aztəminatlı ailələrə, şəhid ailələrinə, çernobıl əlillərinə, qazilərə, əlilliyi olan şəxslərə qurban payları verilmişdir. Qurbanlıq heyvanlar sanitariya-gigiyena və pandemiya qaydalarına uyğun olaraq müəyyən olunmuş yerlərdə kəsilərək təsdiq olunmuş siyahı üzrə paylanılmışdır.

İsmayıllı bələdiyyəsi bütün müsəlmanları təbrik edir, kəsilən qurbanların və edilən duaların qəbula keçməsini arzulayır.

İsmayıllı bələdiyyəsi