İsmayıllı rayonun yaradılmasının 90-cı ildönümü qeyd olunub
Noyabr ayının 24-də İsmayıllı rayonunun yaranmasının 90-cı ildönümü ilə əlaqədar keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları, mədəniyyət və təhsil işçiləri, rayonun ictimai-siyasi həyatında əməyi olan şəxslər iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Pandemiya qaydalarına uyğun şəkildə keçirilən tədbir İsmayıllı rayon Mədəniyyət Mərkəzində davam edib.
Tədbirdə ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin İsmayıllıya səfərlərini və İsmayıllının keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olunub.
Tədbir Mədəniyyət Mərkəzinin və RayonTəhsil Şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib. İsmayıllını "Xarı Bülbül” musiqi festivalında təmsil edən "Lahıc”, İvanovkanın "Slavyanoçka” folklor qruplarının ifasında musiqi nömrələri dinlənilib.
Sonda RİH-nin başçisi Nahid Bağırov İsmayıllının yaranmasının 90 illiyi ilə əlaqədar bütün ismayıllıları təbrik edərək, rayonunun inkişafına verdiyi töhfələrə görə bir qrup şəxsi təltif edib.
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllı səfəri
Azərbaycan Respublikasının Prezidentinin İsmayıllıya səfəri-2020
Heydər Əliyev adına park
İsmayıllı rayonu yeni görüntülər
İsmayıllıda "Saat meydanı"
İstirahət mərkəzləri
Olimpiya kompleksi
Prezidentin İsmayıllı Rayonuna səfəri 2014
Təhsil müəssisələri
Ümumi görüntü
İlham Əliyev
Mehriban Əliyeva
Heydər Əliyev
Digər keçidlər