XƏBƏRLƏR


3.08.22 BƏLƏDİYYƏ VERGİLƏRİ

Əziz sakinlər, hörmətli vergi ödəyiciləri, torpaq vəəmlak vergiləri Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsinəaid olan həm dövlət, həm dəyerli vergilərdəndir.

Vətəndaşlarımız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1 maddəsinə əsasən əmlak vergisi, 206.3-cümaddəsin əəsasən isə torpaq vergisi ödənişi etməyə borcludurlar.

Bu vergilər müəyyən olunmuş müddətdə ödənilmədikdə Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər ötən günüçün ödənilməmiş vergi məbləğinin üzərinə0,1 faizi həcmində əlavə faiz gəlir. Bu da faktiki borcun gündən-günə artması ilə nəticələnir.

Unutmamalıyıq ki, bələdiyyəyə ödənilənəmlak vətorpaq vergiləri yaşadığımız ərazinin sosial infrastrukturunun yaxşılaşdırılmasında həlledici rol oynayır.

Mülkiyyətinizdə olan əmlaka və istifadənizdə olan torpaq sahələrinə görə vergiləri vaxtında ödəməyiniz artımsız borcdan qurtarmağınıza və şəhərimizin daha da abad olmasına tam zəmanət verir.

Diqqətinizə çatdırılan bu bildirişə müsbət münasibət göstərməniz ailə büdcənizə, İsmayıllı şəhərinin ictimai həyatına və ümumi mənzərəsinə diqqətinizin aşkar göstəricisi rolunu oynayır.

Əzizşəhər sakinləri, vergi ödəyiciləri, Vergi Məcəlləsinin 59.1 maddəsi tam açıqlığı ilə göstərir ki, borclu qalmaq imkansızlığıdaha da kəskinləşdirən borcu artıran haldır. Yüz ölçüb, bir biçən atalarımız haqlı olaraq belə demişlər: Borcun yaraşığı onu ödəməkdir. Bu səbəbdən sizi vergi borclarınızı ödəməkdə fəallığa dəvət edirik.

İsmayıllıbələdiyyəsi