XƏBƏRLƏR


12.08.22 ƏZİZ ŞƏHƏR SAKİNLƏRİ, HEÇ KƏS QƏZANIN NƏ VAXT, NECƏ, HARADA BAŞ VERƏCƏYİNİ BİLMİR. ƏMLAKINIZI SIĞORTA ETDİRMƏYİ UNUTMAYIN!

İSMAYILLI ŞƏHƏR SAKİNLƏRİNİN NƏZƏRİNƏ!


ƏZİZ ŞƏHƏR SAKİNLƏRİ, HEÇ KƏS QƏZANIN NƏ VAXT, NECƏ, HARADA BAŞ VERƏCƏYİNİ BİLMİR. ƏMLAKINIZI SIĞORTA ETDİRMƏYİ UNUTMAYIN!











DAŞINMAZ ƏMLAKIN İCBARİ SIĞORTASI


Daşınmaz əmlakın icbari sığortası üçün zəruri olan sənədlər Əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənəd və şəxsiyyət vəsiqəsidir

Dövlət rüsumunun məbləği


Xidmət haqqı (bir illik):


Yaşayış məntəqəsi

Sığorta məbləği

Franşiza

İcbari sığorta haqqı(manat)

Yaşayış məntəqəsi

Bakı şəhəri

25 000

250

50

Bakı şəhəri

Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri

20 000

200

40

Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri

Digər yaşayış məntəqələri

15 000

150

30

Digər yaşayış məntəqələri

Müddət: Dərhal


QEYDLƏR:


Qeyd 1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Qeyd 2. Aşağıdakılar icbari sığortaya cəlb olunmur:

* sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi daşınmaz əmlak;

* tikintisi başa çatmayan daşınmaz əmlak;

* qəzalı vəziyyətdə olan daşınmaz əmlak;

* Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak.

Qeyd 3. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Qeyd 4. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

* yanğın, ildırım düşməsi;

* məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

* elektrik naqillərində baş verən qısa qapanma;

* buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;

* su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;

* hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

* yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

* təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

* üçüncü şəxslərin hərəkətləri.

Qeyd 5. Qanunvericilikdə nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsi əsasında müəyyən edilə bilər.

Qeyd 6. Aşağıdakı hallarda əmlakın zədələnməsi, məhv olması və yaxud hər hansı formada itkisi sığorta hadisəsi hesab olunmur:

* sığortalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

* sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan hərəkətlər nəticəsində əmlaka zərərin dəyməsi;

* hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, dəyişdirilməsi və.s.

* qrunt sularının səviyyəsinin dəyişməsi nəticəsində əmlaka zərər vurulması;

* suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması zamanı əmlaka zərər vurulması.

Qeyd 7. Daşınmaz əmlakın icbari sığortasının aparılması işi Azərbaycan Respublikasının Dövlət Kommersiya Sığorta Şirkətinə və lisenziyası olan özəl Sığorta Şirkətlərinə həvalə edilmişdir.

İsmayıllı bələdiyyəsi