XƏBƏRLƏR


0.00.00 İsmayıllı Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 29 avqust 2013-cü il tarixində şəhər 1 saylı tam orta məktəbində növbəti " Əmək Yarmarkası" təşkil edilib

İsmayıllı Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 29 avqust 2013-cü il tarixində şəhər 1 saylı tam orta məktəbində növbəti " Əmək Yarmarkası” təşkil edilib. Əmək yarmarkasında İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov, Dövlət Məşğulluq Xidməti Aparatının sektor müdiri Kamil Həsənov, İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov çıxış edib, İdarə, müəssisə və təşkilat rəhbərləri, iş adamları, işaxtaran vətəndaşlar iştirak edib. Əmək yarmarkasında  62 idarə, müəssisə, təşkilat  və sahibkarlar tərəfindən 241 boş iş yeri çıxarılıb ki, bunun da 109-u qulluqçu, 104-ü fəhlə, 48-i xidmət yerləri olub. İşaxtaranlar əsasən 25-45 yaş arasında olan rayon sakinləridir ki, bu yaş həddi də yarmarkaya çıxarılan vakant iş yerlərində çalışmaq üçün tam əlverişlidir. Təqdim olunan boş iş yerlərinə 154 nəfər qeyri məşğul vətəndaşa göndəriş verilib. Yarmarkada 10 nəfər peşə təlimi kursuna göndərilmək üçün qeydiyyata alınıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunub. Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.