XƏBƏRLƏR


27.08.13 26 avqustda İsmayıllı rayonunun Mican adlanan ərazisində yeni uşaq baxçasının açılış mərasimi keçirilib.

26 avqustda Yaponiya səfirliyinin  maliyyə dəstəyi İsmayıllı şəhərinin Mican ərazisində tikilmiş 40 yerlik uşaq bağçasının açılışı olmuşdur. Təntənəli mərasimi  RİH başçısının müavini Sevil Əhmədova açmış, sözü  RİH-nin başçısı Mirdaməd Sadıqova vermişdir. Mirdaməd Sadıqov tikintinin başa çatmasında Yaponiya səfiri Şusuke Vatanabeeməyə və  maddi və mənəvi cəhətdən əməyi keçən hər kəsə təşəkkürünü bildirmiş və şəhər sakinlərini açılış münasibəti ilə təbrik etmişdir.
Azərbaycan və Yaponiyanın dövlət himnləri səslənirilmişdir. 
        Səfir Şusuke Vatanabe çıxış edərək fəaliyyətlərində sosial layihələrə  üstünlük verdiyini, qardaşlaşmış  İto şəhəri ilə İsmayıllının münasibətlərinin Azərbaycan-Yaponiya münasibətləri səviyyəsində inkişaf edəcəyini demişdir. Layihəyə dəstək verdikləri üçün  rayon rəhbərliyinə və bağçanın pedaqoji işçi heyətinə  təşəkkür etmişdir. Valideynlər onların ehtiyaclarını nəzərə alıb  bağça tikdikləri üçün rayon rəhbərliyinə və cənab səfirə razılıqlarını bildirmişlər.
       Sonda bağçanın otaqlarına baxış keçirilmiş həyətdə dostluq rəmzi olan ağaclar əkilmişdir.