XƏBƏRLƏR


9.09.13 2013-cü il tədris ilində yüksək bal toplayan tələbələr üçün təntənəli şəkildə tədbir keçirildi

2013-cü il tədris ilində yüksək bal toplayan tələbələr üçün təntənəli şəkildə tədbir keçirildi

İnsanın həyatında sevindirici  günlər olur. Bu günlərdən biri də məktəbi bitirib ali məktəbə qəbul olmaqdır. Elə bununçun da çalışmalı, zəhmət çəkməliyik ki, həmin zəhmətin də bəhrəsini görək. Bu il tələbə adını qazanan 325 nəfər gənclərdə belə etdilər. Onların 21 nəfəri  600-dən çox, 52 nəfəri isə 500-600 arası bal toplamışdır. 3 məktəb "Ən yaxşı məktəb” və 4 nəfər müəllim "Ən yaxşı müəllim” nominasiyasında qalib gəlmişdir.
Onları təbrik etmək üçün 6 sentyabrda rayonun "Röya” şadlıq sarayında 550 nəfərin iştirakı tədbir keçirildi.

Təzəkənd tam orta məktəbinin 3 məzunu, Lahıc qəsəbə tam orta məktəbinin bir məzunu Qızıl medala layiq görülmüşdür. Şəhər 1 saylı tam orta məktəbi qəbul imtahanlarında ən yüksək nəticə göstərmişdir.

Bu sevincə şərik olmaq üçün tedbirdə RİH və nümayəndələri, təhsil işçiləri, valideynlər, bələdiyyə işçiləri də iştirak edirdilər.

RİH-nin başçısı Mirdaməd Sadıqova söz verildi. Mirdaməd Sadıqov çıxış edərək tələbə adını qazanan abuturyentləri onların timsalında ali məktəblərə qəbul olan ümumtəhsil məktəblərinin bütün məzunlarını, valideynlərini və müəllimləri təbrik edib. Yüksək bal toplayan tələbə adını qazanan gəncləri yanına dəvət edərək onlari pul və hədiyyələrlə mükafatlandırıb.