XƏBƏRLƏR


11.09.13 Tvininq keçirildi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi üzrə Sentyabr ayının 10-da İsmayıllı Peşə Tədris Mərkəzinin iclas zalında Tvinninq keçirilib. Tədbirdə İsmayıllı ilə yanaşı, Şamaxı, Ağsu, Qəbələ, Göyçaydan gələn Turizm Şöbələrinin əməkdaşları, bələdiyyə nümayəndələri iştirak edib.

Tvinninq-layihədə Avstriya və Litvadan olan nümayəndələr tərəfdaş kimi çıxış edir.

Proqramın birinci hissəsi haqqında məlumatı layihənin rəhbəri Florian Sengstschmid verdi.

Proqrama, Turizm məkanının idarə olunması, prinsipləri və əsas məsələləri daxil edilib.

İştirakçıları məlumatlandırmaq üçün Ferdinand Rosnik çıxış edərək turizm məkanını idarə edən qurumlar və praktik nümunələr haqqında danışdı.

Tvinninq zamanı iştirakçılara sorğu vərəqələri paylanılıb. Bununla da onların turizm sahəsindəki problemlər, yeni təkliflər haqqında fikirləri öyrənilib.