XƏBƏRLƏR


14.09.13 Avropa Birinciliyində Məhəmməd Məmmədli rayonumuzu təmsil edib.


 

      Ağır atletika üzrə 15, 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Litvanın Klaypeda şəhərində keçirilən Avropa Birinciliyində Məhəmməd Məmmədli rayonumuzu təmsil edib.  

17 yaşlılar arasında idmançımız ilk öncə 50 kiloqram çəki dərəcəsində çıxış edib. "Zirvə - İsmayıllı” komandasının respublika təmsilçisi birdənqaldırma da ard-arda 79 və  81 kiloqramı başı üzərinə qaldırıb.  Təkanla qaldırmada isə atletimiz 95, 100 kiloqramlıq  çəkinin öhdəsindən gəlib.

Məhəmməd Məmmədli toplamda 181 kiloqram ağırlığı qaldırdığına görə rayonumuza gümüş medalla qayıdıb. Bu münasibətlə gənc fəxrimizi təbrik edir, yeni - yeni uğurlar arzulayırıq.