XƏBƏRLƏR


16.09.13 İsmayıllı rayonunda isə Bilik Gününü 4 məktəb yeni məktəb binalarında keçirib.

Bu gün Azərbaycanda "Bilik Günü”dür. Sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün yeni tədris ilinin ilk dərs günü 16-dır. Respublikanın bütün ali və ümumtəhsil ocaqlarında bu gün xüsusi bayram günü kimi qeyd edilir.

İsmayıllı rayonunda isə Bilik Gününü 4 məktəb yeni məktəb binalarında keçirib. Yeniyol, Mücü, Müdrü kəndlərində 80 , Pirəbilqasım kəndində isə 40 şagird yerlik məktəblər istifadəyə verilib. Surac Abbasov adına Yeniyol kənd tam orta məktəbinin açılış mərasimində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Məktəbdə sinif otaqları ilə yanaşı, kitabxana, müəllimlər, kompüter otağı, idman və akt zalı şagird və müəllimlərin ixtiyarına verilib. Həyətində idman meydançası, içməli su və transformator yarımstansiyası nəzərdə tutulub. Bir sözlə təhsil müəssələrində şagirdlərin və müəllim kollektivinin rahat işləməsi üçün tam şərait yaradılıb.