XƏBƏRLƏR


17.07.13 "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" konfransı

İsmayıllı Gənclər Mərkəzində "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib. Konfransda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Novruzəli Aslanov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Əli Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazirlik adından hamını salamlayıb, Azərbaycanın Qafqazda lider dövlət olduğunu və bunun Heydər Əliyev siyasətinin nəticəsi olduğunu bildirib. O, eyni zamanda, Heydər Əliyev siyasətinin əsas istiqamətinin gənclərin inkişafına yönləndiyini diqqətə çatdırıb.

Novruzəli Aslanov konfransın əhəmiyyəti haqqında danışıb, bir sıra vacib məqamları gənclərin diqqətinə çatdırıb. Natiq çıxışının sonunda hər bir gəncə həyatda düzgün mövqe tutmağı arzulayıb.

Rayon gənclər və idman idarəsinin rəisi Elçin Nəcəfli İsmayıllı gənclərinin Azərbaycan və dünya arenasında qazandığı uğurları diqqətə çatdırıb.

Rayonda fəaliyyət göstərən Ailə və Uşaqlara Dəstək Mərkəzinin məsul işçisi Ruziyyə Çələbiyeva, Sumağallı İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini İlkin Salahov, cüdo üzrə dünya Qran-Pri yarışlarının gümüş mükafatçısı Fəridə Qurbanova, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov və başqaları çıxış ediblər.

Sonda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfrans iştirakçılarına, gənclərə zəruri tövsiyələr verib, İsmayıllının savadlı, dünyagörüşlü gənclərə ehtiyacı olduğunu bildirib.

Tədbirdən sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Gənclər və İdman Nazirliyi və "Azad Azərbaycan” Telekanalı tərəfindən birgə hazırlanmış və konfransa həsr olunmuş geniş konsert proqramı təşkil edilib. Konsertdə respublikanın tanınmış sevilən ifaçıları və qrupları izləyiciləri məmnun edib.

"Hər kəndə kitabxana”

Rayon icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə "Hər kəndə kitabxana” adlı layihə hazırlanıb.

Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi layihəni bəyənib, maliyyə təminatı baxımından onun həyata keçirilməsini yerli özünüidarəetmə orqanlarına həvalə etməyi məsləhət bilmişlər.

İyunun 18-də rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu məqsədlə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, mədəniyyət və turizm şöbəsinin, təhsil şöbəsinin, mərkəzi xəstəxananın nümayəndələri ilə Heydər Əliyev Mərkəzində görüşüb. Bir neçə ilə hesablanmış layihə müzakirələr nəticəsində bir az da genişləndirilib və qərara alınıb ki, hər kənddə kitabxana, tibb məntəqəsi və məktəb olsun. Layihənin həyata keçirilməsindən ötrü bələdiyyələrin maliyyə mənbələri təhlil olunaraq, gəlir gətirə biləcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Layihə ilə əlaqədar tədbir iştirakçılarının hamısının təklifi və rəyi soruşularaq səmərəli olanları nəzərə alınıb.