XƏBƏRLƏR


29.10.13 Vergilər naziri Fazil Məmmədov İsmayıllı Rayonunda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq  və tövsiyyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Növbəti belə qəbul oktyabr ayının 25-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində baş tutub. Belə ki, Vergilər naziri Fazil Məmmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edib. Vətəndaşlar vergi ödəyicilərinəgöstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, həmçinin vergi borcları, vergi nəzarəti tədbirləri sahəsindəsahibkarların qarşılaşdığı problemlər, işə qəbul vəonları narahat edən digər məsələlərləbağlı vergilər nazirinə müraciət ediblər.

Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb. Digər məsələlərin isə araşdırılması və lazımı tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan bu imkandan razılıqlarını bildiriblər.