XƏBƏRLƏR


29.10.13 Əməkdar rəssamla yaradıcılıq görüşü

26 oktyabr tarixində İsmayıllı şəhərində Almaniyada yaşayan Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovla yaradıcılıq görüşü olub.

Görüşdən əvvəl dünya şöhrətli rəssamın sərgisi rəsmsevərlərin ixtiyarına verilib. Rəssamın yaradıcılığında Şərqin ənənələri ilə Qərbin müasir plastikası birləşir. Rəssamın əsərləri dünyanın bir çox ölkələrində sərgilənib. Rəssamın "Əzablı yollar”, "Bayram”, "Humay”, "Kainat”, "Kəsmə şikəstə” rəsmlərində xalqımızın ən ağrılı dərdi Qarabağ, işğal altında olan torpaqlarımız əksini tapıb.

Sərgiyə gələnlər rəssamın həyat və yaradıcılığına həsr olunan filmə tamaşa ediblər. Daha sonra Əşrəf Heybətov gənc rəssamlara ustad dərsi keçib. Rəsmin incəlikləri haqqında danışıb. Gənc istedadlara tövsiyyələr verib. Rəssam  mədəniyyət evinin xatirə kitabına öz ürək sözlərini qeyd edib.