XƏBƏRLƏR


7.11.13 Voleybolçu qızlar İsmayıllı Olimpiya-İdman Kompleksində


1999-2000-ci il t
əvəllüdlü voleybolçu qızların Gəncə şəhərində və Kürdəmir rayonunda keçirilən zona yarışlarından sonra qalib komandalar final mərhələsinin oyunlarında güclərini sınamaq üçün noyabr ayının 2-5-də İsmayıllı Olimpiya-İdman Kompleksində olublar.

İdman məktəblərinin VI Respublika oyunlarının voleybol üzrə qızlar arasında final mərhələsi maraqlı və gərgin mübarizə şəraitində keçib.

Yarışda Bakı şəhərinin Sabunçu, Xətai rayonlarından, Sumqayıt, Mingəçevir və Şəki şəhərlərindən, Qax və Hacıqabul rayonlarından olan komandalar üz-üzə gəlib.

Beynəlxalq dərəcəli hakim Eldar Əliyevin və respublika dərəcəli hakim Rüstəm Cəfərovun idarə etdiyi oyunlarda qaliblər noyabr ayının 5-də müəyyənləşib.

 Yarışın final mərhələsi Bakı şəhəri Xətai rayonu komandasının I, Sumqayıt təmsilçilərinin II, Qax rayonu voleybolçu qızlarının isə III yerə layiq olduğunu aşkarlayıb.